Now Reading:
ABŞ qoşunlarını İraqdan çıxarmağa başladı

ABŞ İŞİD-ə qarşı mübarizənin aktiv mərhələsi yekunlaşdıqdan sonra qoşunlarını İraqdan çıxarmağa başlayıb.

Virtualaz.org bildirir ki, bu barədə Associated Press məlumat yayıb.

Məlumata görə, iraqlı rəsmi bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya və İraq hökuməti üç il ərzində ilk dəfə İraqdan qoşunların çıxarılmasına dair razılığa gəlib. Son bir həftədə onlarla hərbi qulluqçu ölkədən çıxarılaraq Əfqanıstana göndərilib.

Qeyd edək ki, ötən ilin dekabrında İraq hökuməti ölkədə İŞİD-ə qarşı müharibənin başa çatdığını açıqlamışdı.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.