Loading...
Loading...
SEÇMƏ

ABŞ rəsmisi Azərbaycanda vəkil və jurnalistlərlə görüşüb

Nemət Kərimli: “Ümumi fikir bu oldu ki, Azərbaycanda azad seçki yoxdur”

İyunun 14-də ABŞ Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Kara Makdonald vəkillər Zibeydə Sadıqova, Elçin Sadıqov və Nemət Kərimli ilə görüşüb.

Vəkil Nemət Kərimli öz “Facebook” səhifəsində amerikalı diplomatla Azərbaycandakı insan hüquqlarının vəziyyətini, seçki qanunvericiliyini və “Tərtər hadisələri”ni geniş müzakirə etdiklərini yazıb.

“Xanım Makdonald bir daha Bayden admistirasiyası üçün insan hüquqlarının, demokratiyanın prioritet olduğunu xüsusi vurğuladı. Ümumi fikir ondan ibarət oldu ki, Azərbaycanda ən əsas məsələlərdən biri olan seçki azadlığı yoxdur. Əgər bu problem həll olunarsa, digər məsələlər zamanla həllini tapacaq. Mən də hakimiyyətin azad seçki keçirtmək həvəsində olmadığını söylədim”, – deyə Kərimli qeyd edib.

Nemət Kərimli görüşdə vəkilliyin problemlərinin də müzakirə edildiyini deyib.

İyunun 13-də isə Kara Makdonald “Ayna-Zerkalo” nəşrinin redaktoru Elçin Şıxlıyla, müstəqil jurnalist Aytən Məmmədovla və “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə görüşüb.

Bu barədə Meydan TV-yə danışan A.Məmmədova deyib ki, Kara Makdonaldla 2 saatlıq söhbətdə söz və ifadə azadlığı ilə bağlı problemləri müzakirə olunub:

“Əsasən müasir jurnalistikanın problemləri haqqında fikir mübadiləsi apardıq”.

Səfirlik Kara Makdonaldın 13-15 iyun tarixlərində Azərbaycanda olacağını açıqlayıb.

Meydan TV

Gözdən qaçırmayın:  “Həkim söz göndərdi ki, 1000 manat versin, qızına əlillik düzəldək”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button