2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

ABŞ Rusiya-Almaniya qaz kəmərinin çəkilməsinə yol verməyəcəyini deyir


ABŞ dövlət katibi Mike Pompeo millət vəkillərinə deyib ki, Birləşmiş Ştatlar Rusiyaya onun təbii qazını Avropaya nəql etməsi üçün kəmər tikintisinə kömək edən şirkətlərə sanksiyalar qoymaq niyyətindədir.

ŞimalAxını2 qaz kəməri Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql etməlidir. Kəmər tikintisinin yüz kilometrdən bir qədər çox hissəsi yarımçıq qalıb.

Lakin Pompeo iyulun 30-da Senat dinləməsində deyib ki, Vaşinqton bu kəmər tikintisinin başa çatmaması üçün əlindən gələni edəcək:

Saytların yığılması Saytlarin yigilmasi

“Biz bacardığımız hər şeyi edəcəyik ki, bu kəmər Avropanı təhdid etməsin. Biz istəyirik ki, Avropanın Rusiyanın istədiyi vaxt kəsə bilməyəcəyi real, təhlükəsiz, sabit, təminatlı enerji mənbələri olsun”.

Pompeo Senatın bir neçə komitəsinin üzvlərindən ibarət palata qarşısında çıxışında bildirib ki, Birləşmiş Ştatlar ŞimalAxını2 kəmərinin tikintisində iştirak edən bir neçə şirkətlə artıq əlaqədə olub və onlara, “fəaliyyətlərini dayandırmasalar üzləşə biləcəkləri risklər barədə xəbərdarlıq edilib”.

Dövlət katibi bunu da qeyd edib ki, sözü gedən şirkətlərlə adətən sanksiyaları elan edən Maliyyə Nazirliyi də söhbət aparıb.

 

Həm Avropaya, həm də Ukraynaya ziyan vura bilər

Birləşmiş Ştatlar Rusiya qazını Ukraynadan yan keçərək birbaşa Almaniyaya nəql edəcək ŞimalAxını2 kəmərinin çəkilməsinə qarşıdır.

Vaşinqton bu qənaətdədir ki, kəmər təkcə Avropanın enerji təhlükəsizliyinə hədə yaratmayacaq, habelə tranzitdən məhrum olan Ukraynaya milyardlarla dollar ziyan vuracaq.

Dəyəri 11 milyard dollar olan kəmərin 90 faizinin tikintisi artıq başa çatıb. Lakin Birləşmiş Ştatlar bu kəmər barədə sanksiyalar qanunu qəbul etdikdən sonra, ötən dekabrda tikinti işləri dayandırılıb.

Hazırda Rusiya kəmərin qalan hissəsini öz gəmiləri ilə tikmək istəyir, lakin o beynəlxalq texniki dəstək olmadan bunu edə bilməyəcək.

Pompeo bu ayın əvvəllərində elan etmişdi ki, o, Konqresin 2017-ci il qanununda ŞimalAxını2 kəmərinə istisna verən hökumət təlimatını dayandıracaq.

Bu istisna Rusiyaya ŞimalAxını2 kəmərinin çəkilməsi üçün imkan yaratmışdı.

 

Almaniya Trump-ı əsəbiləşdirməkdə davam edir

İyulun 30-da keçirilən dinləmədə respublikaçı senator Ted Cruz deyib ki, o bir gün əvvəl prezident Donald Trump-la Texas ştatına səfər edərkən onunla ŞimalAxını2 kəmərini “dərindən müzakirə” edib.

ABŞ-ın əsas enerji istehsalçısı olan Texas indiyədək ŞimalAxını2-nin ləngidilməsindən mənfəətlənib.

Beləki Texas hazırda özünün maye qazını Avropaya sata bilir. Buna görə də Rusiya ABŞ-ı sanksiyalardan öz iqtisadi maraqlarının təminatı üçün sui-istifadədə ittiham edib.

Cruz deyib ki, Trump Almaniyanın hələ də ŞimalAxını2 layihəsini dəstəkləməsindən hiddətlidir.

Trump-ın prezidentliyi dövründə ABŞ və Almaniya arasında münasibətlər korlanıb.

Trump bu yaxınlarda Almaniyadakı hərbi bazalardan 12 min 500 ABŞ hərbçisinin çıxarılacağını deyib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button