2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ-Rusiya böhranında gözlənən 3 ssenari

ABŞ-ın İdlibdəki kimyəvi silah hücumundan sonra Suriya bazasını vurmasıyla yüksələn təzyiq Rusiya da gündəm oldu.  Rus mətbuatına görə ABŞ-Rusiya münasibətlərində bundan sonra nə ola biləcəyinə dair 3 ssenari danışılır.

Türkiyə mənbələrində deyilir ki, “Rossiyskaya Gazeta”’ rus analitiklərinin baş verə biləcək ssenarilərini belə sıralayıb:

Saytların yığılması Saytlarin yigilmasi

1- Rusiya-ABŞ arasında ciddi qarşıdurma

Bəzi mütəxəssislər ABŞ hücumunun ardından Rusiyanın bölgədə öz hərbi varlığını “nümayiş” etdirmək üçün bir göz dağı verə biləcəyi düşüncəsindədir. Əgər ABŞ hücumu təkrarlasa, Suriya torpaqlarında yerləşdirilmiş  hava müdafiə raketləri ilə bəzi ABŞ raketlərinin vurulacağı danışılır. Rus analitiki Aleksey Fenenko ABŞ hücumunu təkrarladığı halda, Rusiyanın güc istifadə edərək qarşılıq vermək məcburiyyətində qala biləcəyini deyir.

2– Uçurumun kənarına yolçuluq

Bir başqa analitik Dmitri Suslov Trampın hərbi addımlarının “Buş rəhbərliyinin yüngül versiyası” mənasına gələcəyini bildirib. ABŞ-ın yenidən Əsədin getməsini şərt qoyması halında Rusiyanın “müttəfiqini satmamaq” məcburiyyətində olduğunu söyləyən mütəxəssis deyib ki, Trampın zəif görünməmək üçün etdiyi gövdə nümayişi Moskva-Vaşinqton əlaqələrini uçurumun kənarına gətirib çıxara bilər. O, Kuba böhranını buna nümunə göstərir.

3- Diplomatik həll

Xəbərə görə Rusiyada müzakirə edilən ən optimist ssenari budur. Rus analitiklərinə görə, Rusiya ABŞ-a hərbi cavab verməmək məsələsini beynəlxalq təşkilatlara və ictimaiyyətə “ABŞ təcavüzkarlığı” olaraq təqdim etməyə çalışacaq. Bu ssenaridə Rusiyanın Suriyadakı hərbi gücünü artırmağı  nəzərdə tutan bir hal olmadığı bildirilir. Bu versiyaya görə, ABŞ-ın Xarici işlər naziri Tillersonun Moskva ziyarətiylə çətin bir bazarlıq müddəti başlaya bilər.

 

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button