2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

ABŞ-Rusiya  münasibətlərinin düzəlməsi mümkünmü?

 ABŞ prezidenti Donald Tramp Finlandiya dövlət başçısıyla keçirdiyi mətbuat konfransında Rusiya ilə münasibətlərin müsbət olacağını deyib. APA “RİA Novosti” agentliyinə istinadən bu barədə  xəbər verib.

D.Tramp  münasibətlərin  yaxşı olacağını uzun müddətdir ki dediyini söyləyib: “Aramızda yaxşı münasibətlərin olması olduqca vacibdir. Düşünürəm ki, bu nə vaxtsa baş verəcək.  Rusiya böyük dövlətdir, nüvə ölkəsidir. Biz yola gəlməliyik və bu, axır-əvvəl  baş verəcək. Bu, sülh və digər məsələlər üçün lazımdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Politoloq Hikmət Hacızadə deyir ki, məsələnin iki həll yolu var. Bu iki ölkə arasında münasibətlər ya düzələ, ya da qarşıdurma ola bilər. Politoloqa görə, qarşıdurma artsa,  ABŞ Rusiyanı yerində oturdacaq:

“Putin  hökuməti işləri qarışdırmağa çalışır. Tramp isə bunu istəmir. Amerika hazırda Koreya və İranla bağlı məsələlərlə məşğuldur. Yəni Trampın planı indilikdə bundan ibarətdir. Rusiya dünyanı qarışdırmaq istəsə, buna imkan verilməyəcək”.

azadlıq.info

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button