2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ: Rusiya Qərbi Cənubi Qafqazda sabitliyi pozmaqda ittiham etməklə öz destriktiv fəaliyyətini ört-basdır etmək istəyir

Cümə axşamı Dövlət Departamenti Qərbin Cənubi Qafqazda sabitliyi pozması ilə bağlı ittihamlarını Moskvanın rədd edib. Mətbuat katibi Metyü Miller deyib ki, Rusiyanın hökumət məmurlarının bəyanatları “onların özlərinin regionda sabitliyi pozan fəaliyyətlərini təsvir edir”.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın son açıqlamalarını Turan-a şərh edib. Belə ki, Zaxarova Vaşinqtonu “Cənubi Qafqazda destruktiv gündəmi təbliğ etməkdə” ittiham edib.

“Biz Rusiya hakimiyyətindən belə ifadələri tez-tez eşidirik. Onların bəyanatları Rusiyanın özünün bölgədə sabitliyi pozan fəaliyyətini təsvir edir. Bu, belədir və mən hər kəsə xatırlatmaq istərdim ki, öz qonşularının torpaqlarına girən, öz qonşusunun ərazisini işğal edən və öz qonşularına qarşı müharibə aparmağa davam edən məhz Rusiyadır”, – Miller deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan öncə Zaxarova bildirib ki, Qərb “Cənubi Qafqazda destruktiv gündəmi təbliğ edir, əsas məqsədi regionu parçalamaq, Rusiyanın ənənəvi müttəfiqləri və qonşuları ilə tarixi əlaqələrini pozmaqdır”.

Rusiyada YouTube-un kütləvi şəkildə bağlanması ilə bağlı Turan-ın sualının cavabında Miller deyib: “Bu, Rusiya vətəndaşlarının öz hökumətinin nə etdiyi barədə məlumat almaq imkanlarını pozmaq cəhdidir. Bu proses 2022-ci ilin fevralından ardıcıl olaraq davam edir və biz bu repressiyaları pisləyirik”,- Miller deyib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button