2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

ABŞ Rusiyadakı səfirlik işçilərinin sayını artıra biləcək

Amerikanın Rusiyadakı səfirlik əməkdaşlarına viza verilməsi ilə bağlı Vaşinqtonla Moskva ilkin razılığa gəlib.

Bu barədə Washington Post Dövlət Departamentindəki mənbələrə istinadən məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Beləki əldə olunan razılaşma təsdiq olunacağı halda bu səfirliyin müxtəlif hissələrinin, o cümlədən konsulluq idarəsinin fəaliyyətini bərpa etməyə kömək edəcək. Bu o deməkdir ki, tərəflər hər iki ölkədəki səfirlik işçilərinin iş şərtləri ilə bağlı razılığa gələcəklər.

Məlumata görə, beş il əvvəl Amerikanın Moskvadakı səfirliyində 1200 nəfər işləyirdisə, indi bu say 120-dən çox deyil.

Bu ilin mayında Rusiya ABŞ-ı dost olmayan ölkə elan etdikdən sonra Rusiya vətəndaşlarının Amerika diplomatik missiyasında işləməsini qadağan edib, bu da işçilərin ixtisarına səbəb oldu.

Mövcud qaydalara uyğun olaraq, ABŞ səfirlik işçilərinin sayını 455 nəfərə çatdırmaq hüququna malikdir. Lakin Moskva Dövlət Departamentinin bir neçə ay ərzində səfirlik əməkdaşlarına viza verilməsi ilə bağlı müraciətlərinə rədd cavabı verib.

Son günlərdə qarşıdurma Moskvanın Rusiyada üç ildən artıq işləmiş Amerika səfirliyinin əməkdaşlarının yanvarın 31-dək ölkəni tərk etmələrini tələb etməsindən sonra daha da kəskinləşib.

Rusiya bu qərarını ABŞ-ın daha əvvəl açıqladığı oxşar hərəkətə cavab hesab edir. Vaşinqton bildirir ki, Rusiya diplomatik korpusa yeni işçilər göndərə bilər.

Dövlət Departamentindəki mənbələrin Washington Posta verdiyi məlumata görə, səfirliyin doldurulması problemi tezliklə həll olunmasa, o, fəaliyyətini faktiki olaraq dayandırmalı olacaq.

Washington Post bu xəbərini Dövlət Departamentinin sözçüsünə istinadən Reuters agentliyi təsdiqləyib.

TASS agentliyinin məlumatına görə, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov isə viza məsələsinin həlli ilə bağlı heç nə bilmədiyini deyib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button