2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

ABŞ Rusiyanın bütün ərazisində qeyri-miqrasiya vizalarının verilməsini dayandırır

ABŞ 23 avqustdan etibarən bütün Rusiya üzrə qeyri-immiqrasiya vizasının verilməsi prosedurunu dayandırır. Prosedur sentyabrın 1-dən etibarən yalnız Moskvada bərpa ediləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bu haqda ABŞ-ın Rusiyadakı səfirliyi avqustun 21-də məlumat yayıb. Məlumatda qeyd olunur ki, Rusiya Federasiyası ölkədəki ABŞ diplomatik missiya əməkdaşlarının sayının məhdudlaşdırılması tədbirləri ilə əlaqədar olaraq, 23 avqust 2017-ci ildən etibarən bütün Rusiya üzrə qeyri-immiqrasiya vizalarının verilməsi proseduru dayandırılacaq.

“ABŞ-ın diplomotik missiyasının işçilərinin sayını azaltmaq qərarı Rusiyanın iki tərəfli münasibətləri inkişaf etdirməyə olan ümidləri sual altına salır” – konsulluğun yaydığı bəyanatda qeyd olunur.

Konsulluq qeyd edir ki, viza müsahibələri ləğv olunur. Sənədlərini təqdim edənlərə müsahibənin vaxtı ilə bağlı məlumat veriləcək.

Kreml Moskvadakı ABŞ diplomatik missiyasının sayını kəskin azaltmağa qərar verib, bu addımı ABŞ Rusiyaya yeni sanksiyalar qoyandan sonra atıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button