2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Rusiyanın maliyyə və energetika sistemini sarsıdacaq

Rusiyanın maliyyə sistemi və energetika sektoruna təzyiqləri artırmağı planlaşdıran ABŞ-da yeni qanun layihəsinin qəbul edilməsi Rusiya maliyyə bazarlarında böhrana səbəb ola bilər. Belə bir qanunun qəbulu de-fakto olaraq yeni bir Cekson-Venik (Jackson-Vanik) düzəlişinin (qanunun) qəbulu demək olacaq. Bu açıqlamanı Nyu-Yorkda yerləşən “Principal Investors” investisiya şirkətinin Rusiya maliyyə bazarlarına investisiyalar üzrə portfel meneceri Kayl Şostak (Kyle Shostak) verib.

Qeyd edək ki, bu qanunun maddələrinin hazırda müzakirədə olan İrana qarşı sanksiyalarla bağlı qanun layihəsinə əlavə edilməsi gözlənilir. Qanun Rusiya banklarının maliyyələşmə müddətinin 90 gündən 14 günə, energetika şirkətlərinə isə ABŞ strukturları və fiziki şəxsləri tərəfindən maliyyələşmə müddətinin 30 günə endirilməsini nəzərdə tutur. Sənədin yaxın günlərdə qəbulu gözlənilir.

Saytların yığılması Saytlarin yigilmasi

“Qanunun tətbiqinin fəsadları ağır ola bilər. Burada maliyyə sanksiyaları ilə bərabər neft-qaz sektorunun təchizatı, yeni avadanlıqların alınması və texnologiyaların əldə edilməsi imkanlarının məhdudlaşdırılması nəzərdə tututlub. Bu isə Rusiya iqtisadiyyatı üçün həssas mövzudur”, – deyə K.Şostak qeyd edib. Ekspert bildirib ki, bu qanun yanvar ayında qəbul edilən dəyişikliklərlə müqayisədə daha genişdir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button