2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ABŞ Rusiyanın regionda sabitliyi pozmaq cəhdlərinə qarşı mübarizə aparacaq – Tomas Qrinfild

Vaşinqton/10.12.21 “ABŞ Rusiyanın regionda sabitliyi pozmaq cəhdlərinə diqqət yetirir və buna qarşı mübarizə aparır”, bu barədə cümə axşamı ABŞ səfiri Linda Tomas-Qrinfild Turan-ın Vaşinqton müxbirinə bildirib.

Dövlət Departamentinin Xarici Mətbuat Mərkəzində keçirilən virtual brifinqdə çıxış edən səfir Tomas-Qrinfild bu həftə baş tutmuş 2021-ci ildə sülhə dəstək görüşlərinin yekunlarını təqdim edib.

“BMT sülhməramlıları beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanmasında çox mühüm rol oynayır”, deyə o bildirib. ABŞ BMT-nin sülhyaratma fəaliyyətinə böyük maliyyə töhfəsi verir.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın Ukraynada və Azərbaycan və Ermənistan arasında münaqişə zonasına öz sülhməramlılarını yeritdiyi bir vaxtda BMT Cənubi Qafqaz regionunda sülhyaratma əməliyyatlarında fəal iştirak edə bilər? Turan-ın bu sualına cavabda Tomas-Qrinfild belə deyib: “Biz Rusiyalı həmkarlarımızla mümkün qədər əməkdaşlıq etməyə çalışırıq, ruslara verdiyimiz mesajlar çox ardıcıldır.

Prezident Bayden bu həftə prezident Putinlə söhbət edib və bizim rusların Ukrayna ilə sərhəddə atdıqları addımlardan narahatlığımızı birmənalı şəkildə ifadə edib. Onlar sülhməramlılar deyil. Bu, aqressiv addımlardır”, deyə o əlavə edib.

Bayden Putinə açıq şəkildə bildirib ki, Rusiya Ukraynaya daxil olsa ABŞ və Avropa cavab verəcək “və biz qətiyyətli iqtisadi tədbirlərlə cavab verəcəyik, onlar bunu mütləq hiss edəcəklər”, deyə səfir bildirib. “Biz həmçinin qeyd etmişik ki, ukraynalıları əlavə müdafiə vasitələri ilə təmin edəcəyik”.

Ağ Evin məlumatına görə, Bayden cümə axşamı prezident Vladimir Zelenski ilə söhbət edib və Vaşinqtonun Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə möhkəm sadiqliyini təsdiq edib.

Prezident Bayden açıq şəkildə bildirib k, ABŞ, onun müttəfiqləri və tərəfdaşları “Ukraynanın iştirakı olmadan Ukrayna ilə bağlı heç bir qərar qəbul edilməməsi və ya heç bir müzakirə aparılmaması” prinsipinə sadiqdirlər. -25B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button