2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

ABŞ səfiri: “Azərbaycanda sabitliyi niyə pozaq?”

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqe “Turan”a deyib.

Səfir “Niyə Bakıda hesab edirlər ki, Qərb sabitliyi pozmaq, rəngli inqilab təşkil etmək istəyir və bu məqsədlə müxalifəti və Azərbaycan hökumətinin tənqidçilərini maliyyələşdirir?” sualına cavabında deyib ki, bu cür iddialar həqiqətəuyğun deyil:

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycanın enerji ehtiyatlarının inkişafı üçün iqtisadi və siyasi investisiyaların həcminə nəzər salsaq, görərik ki, biz sülh və sabitlikdə maraqlıyıq. 90-cı illərin əvvəlindən biz Azərbaycana 1,5 milyard dollardan çox investisiya qoymuşuq. Qərb üçün belə mühüm enerji resursları təchizatçısı olan ölkədə niyə sabitliyi pozaq? Bunun heç bir mənası yoxdur”.

“Ola bilsin ki, bu fikir ABŞ-ın fundamental azadlıqlara hörmət etmək çağırışından yaranıb. Rəsmi şəxslərlə çoxsaylı görüşlərdə qeyd etmişik ki, söz və sərbəst toplaşma azadlığı kimi fundamental hüquqların qorunması vəziyyəti sabitləşdirməyə kömək edir, onu pozmağa yox. Regionda sabitliyə təhlükə ABŞ yox, məhz Rusiyanın Ukraynaya qarşı təcavüzüdür”, – deyə Litzenberger fikrini tamamlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button