2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

ABŞ səfiri: ‘Ümid edirik ki, gələcəkdə Azərbaycan da…’

Li Litzenberger: Əsas məsələ Ermənistana və Azərbaycana sülhə nail olmaqda kömək etməkdir.

Saytların yığılması Saytlarin yigilmasi

Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycan münaqişənin sülh yolu ilə həllinin axtarışında kömək etməyə çalışır. Buna görə də bu və digər tərəfə silah satmır.

“Turan” Agentliyinin xəbərinə görə, bu barədə fevralın 16-da keçirilən brifinqdə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bildirib.

O deyib:

“Əsas məsələ Ermənistana və Azərbaycana sülhə nail olmaqda kömək etməkdir. Bizim prinsipial mövqeyimiz nə bu, nə digər tərəfə ölümcül silahlar tədarük etməməkdən ibarətdir. Biz həmçinin ATƏT-in Minsk Qrupunun üzvü olaraq məsuliyyət daşıyırıq. Qeyd edim ki, Rusiya da Minsk Qrupunun üzvüdür, amma öz öhdəliklərinə tamamilə fərqli yanaşır və Ermənistana da, Azərbaycana da silah tədarük edir. Dinc nizamlanma üçün bunun məqbul yol olduğunu hesab etmirik”.

“ABŞ Azərbaycana təhlükəsizlik məsələlərinin həlli üçün avadanlıq tədarük edir”

Eyni zamanda, o qeyd edib ki, ABŞ Azərbaycana təhlükəsizlik məsələlərinin həlli üçün vəsait və avadanlıq tədarük edir.

Onun sözlərinə görə, son illər bu tədarükün həcmi 100 milyon dolları keçib. Səfirin vurğulamasına görə, bu, silah deyil, sərhədlərin mühafizəsi, Xəzərin milli sektorunun monitorinqi üçün avadanlıq və vasitələr, qaçaqmalçılığın qarşısını almaq üçün rentgen skanerləridir:

“Azərbaycan cənub sərhədlərinin böyük hissəsi üzərində nəzarəti özünə qaytardıqdan sonra ABŞ bu sahədə etibarlı mühafizənin təmin edilməsi üçün avadanlıq tədarükündə böyük köməklik göstərib. Son iki ilin statistikası bu istiqamətdə müsadirə edilən narkotiklərin iki qat artdığını göstərir. Bu, həmin köməyin nə dərəcədə effektiv olduğunun göstəricisidir”.

“Biz narahatlığımızı açıq-aşkar dilə gətirdik”

Xəbərə görə, səfir Azərbaycanda bu yaxınlarda prezidentin təsdiq etdiyi “Mediya haqqında” qanundan da danışıb.

Onun deməsinə görə, ABŞ Səfirliyi hökumət rəsmiləri, kütləvi informasiya vasitələri və jurnalistlərlə sıx əlaqədədir.

“Biz narahatlığımızı açıq-aşkar dilə gətirdik. Çox şey bu qanunun təcrübədə necə tətbiq ediləcəyindən asılı olacaq. Hakimiyyət ondan mətbuat azadlığını məhdudlaşdırmaq üçün istifadə etsə, bu, çox məyus edəcək. Amma hakimiyyət qanundan vəd etdiyi kimi – mətbuatın səviyyəsini və jurnalistlərin peşəkarlığını artırmaq üçün istifadə etsə, başqa məsələ”, deyə “Turan”ın xəbərinə görə, səfir bildirib.

Brifinqdə ötən il ABŞ-ın keçirdiyi Demokratiya Forumuna Azərbaycan hakimiyyətinin dəvət edilməməsindən də bəhs edilib:

“Ümid edirik ki, gələcəkdə Azərbaycan da iştirakçılar arasında olacaq, amma bunun üçün əsas azadlıqlar, vətəndaş cəmiyyətinin imkanları, insan hüquqlarına hörmət kimi məsələlərdə müəyyən irəliləyiş olmalıdır”, xəbərə görə, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bildirib.

Ermənistanın Foruma dəvət olunmasının, Azərbaycanın isə dəvət olunmamasının səbəbi barədə suala cavabda diplomat qeyd edib ki, dəvət müəyyən demokratik islahatların mövcudluğundan asılı idi.

Xatırlatma

Ötən ilin sonunda Azərbaycan Milli Məclisində “Mediya haqqında” qanun layihəsi qəbul edilib. Bu yaxınlarda prezident onu təsdiqləyib.

Həmin layihəni bəzi jurnalist və media sahəsində ekspertlər tənqid edir, ondan mətbuat azadlığını boğmaq üçün istifadə ediləcəyini bildirirdilər. Deputatların çoxu isə bu tənqidlərlə razılaşmadı.

24 saat” “
ABŞ səfiri: ‘Ümid edirik ki, gələcəkdə Azərbaycan da…’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button