24 saat en son xeberler - Xeberler platformasi

Siyasət

ABŞ səfirliyi Azərbaycanlı sülhməramlılara təşəkkür edib

Bakı/01.09.21 ABŞ-ın Azərbaycandakı səfirliyi Kabil hava limanında təhlükəsizliyi təmin edən Azərbaycan hərbiçilərinə təşəkkür edib.

“Azərbaycanlı sülhməramlılara ABŞ və NATO üzrə tərəfdaşlarının həyata keçirdiyi Kabil aeroportundan təxliyədə təhlükəsizliyin təmin edilməsində yardımlarına görə təşəkkür edirik. Şadıq ki, Azərbaycan sülhməramlıları sağ-salamat qayıdıblar”, deyə ABŞ səfirliyinin Facebook səhifəsindəki müraciətdə qeyd edilir.

120 hərbiçidən ibarət Azərbaycanlı sülhməramlılar xarici vətəndaşların və Qərb dövlətlərinin səfirlikləri ilə əməkdaşlıq edən əfqanların Əfqanıstandan təxliyəsi əməliyyatının sonuna yaxın bu ölkəni tərk ediblər.

Qeyd edək ki, Əfqanıstandan Avropaya təxliyə reysləri Azərbaycanın hava məkanından keçərək həyata keçirilib. -16D06-

 

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button