Gündəm
ABŞ səfirliyində 11 sentyabr terror aktı qurbanlarının xatirəsi yad olunub
“Bu gün səfir Mark Libby başda olmaqla, ABŞ səfirliyinin əməkdaşları Nyu-Yorkda 11 sentyabr hücumlarında həlak olmuş 2977 günahsız insanın xatirəsini yad etmək üçün toplaşıblar. Birləşmiş Ştatlar tariximizin bu faciəli anında göstərdiyi dəstəyə və yardım təklifinə görə hər zaman Azərbaycana minnətdar olacaq”, bu barədə səfirliyin Facebook səhifəsində dərc olunmuş məlumatında deyilir.