2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

ABŞ səfiri İranın danışıqları bilərəkdən uzatdığını düşünür

ABŞ-ın İran üzrə səfiri deyib ki, 2015-ci il nüvə sazişinin dirçəldilməsi üçün İran və dünya gücləri arasında keçirilən danışıqlar “kritik fazasına” daxil olub.

Səfir bildirib ki, ola bilsin Tehran danışıqlar masasına qayıdışını öz nüvə proqramını daha da inkişaf etdirmək üçün ləngidir.

Rob Mali bu bəyanatı oktyabrın 25-də verib. Vyana danışıqlarında təmsil olunan Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri bu həftə Brüsseldə İranın xarici işlər naziri ilə görüşməlidirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Avropaya və Körfəz ölkələrinə bir həftəlik səfər turunu yekunlaşdıran Rob Mali müxbirlərə deyib ki, İranın nüvə danışıqlarına qayıtması üçün qapı “həmişə açıq qalmayacaq”.

Malinin sözlərinə görə İran nüvə proqramını o dərəcədə inkişaf etdirə bilər ki, sözü gedən danışıqlara ehtiyac qalmaz.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp öz ölkəsini 2015-ci ilin nüvə sazişindən birtərəfli qaydada çıxarıb.

Bundan sonra Tehran üzərinə qoyulan ABŞ sanksiyaları bərpa olunub.

Cavab olaraq İran da sazişin şərtlərindən geri çəkilib, nüvə stansiyalarında yeni, daha təkmil sentrifuqlar yerləşdirib və uranın daha yüksək dərəcədə zənginləşdirilməsinə başlayıb.

İran yenə də danışıqlara qayıdacağını deyir

ABŞ prezidenti Co Bayden sözü gedən sazişin bərpa olunmasına tərəfdardır, lakin bu məqsədlə Vyanada keçirilən danışıqlar 6 dövrədən sonra, ötən iyun ayında dayandırılıb.

İran tərəfi danışıqlara gəlməməsini ölkədə keçirilən prezident seçkisi ilə izah edirdi, lakin artıq seçkidən bir neçə ay keçsə də, Tehran danışıqlara qayıdacağına dair yalnız bəyanatlar verir.

Mali bildirib ki, ABŞ-ın ixtiyarında başqa həll yolları olsa da, Vaşinqton məsələnin diplomatiya yolu ilə həllini istəyir.

Bu arada İranın baş nüvə danışqıçısı Əli Bağeri Kani oktyabrın 27-də Brüsseldə həmkarları ilə görüşəcəyini bildirib:

“İran onun üzərindən qanunsuz və qəddar sanksiyaları tam və səmərli şəkildə qaldıracaq və onun ticari və iqtisadi münasibətlərini bərpa edəcək danışıqlarda iştirak etmək əzmindədir. İrana bundan sonra sazişin pozulmayacağına dair qarantiya verilməlidir”.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button