2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ABŞ səfiri Rusiya ilə əməkdaşlıq, İranla sərhəddə və Xəzərdə vəziyyət barədə

Bakı/23.11.21  ABŞ xoş məram və səmimiyyətə arxalanaraq Rusiya ilə istənilən məsələ üzrə konstruktiv əməkdaşlığa hazırdır, lakin təəssüf ki, bu, baş vermir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger noyabrın 22-də keçirilən brifinqdə deyib.

ABŞ Rusiyanın Ukraynaya qarşı hərbi hazırlığından narahatdır ki, bu da ancaq regionda gərginliyi artırır, vəziyyətin sabitləşməsinə xidmət etmir.

“ABŞ və Rusiyanın uğurla əməkdaşlıq etdiyi bir sahə var – bu, ATƏT-in Minsk Qrupudur. Biz iki dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərini təşkil edə bilmişik və bu istiqamətdə səylər davam edir”, –  səfir deyib.

Saytların yığılması Saytlarin yigilmasi

İranla Azərbaycan arasındakı gərginliyi şərh edən səfir deyib ki, ABŞ vəziyyəti diqqətlə izləyir və “sərhədboyu vəziyyətdən çox narahatdır”. Lakin “gərginlik səngiyib” və İran Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində bəzi addımlar atıb.

“Biz Azərbaycanın sərhədlərində sabitliyin qorunmasında maraqlıyıq, lakin sərhəddən narkotrafikin kəskin şəkildə artmasını narahatlıqla müşahidə edirik. Şadıq ki, Azərbaycan gömrükçüləri və sərhədçiləri bu il bir il əvvəlkindən iki dəfə çox narkotik maddə götürüblər. Mən çox şadam ki, bu, ABŞ-ın təqdim etdiyi avadanlığın sayəsində edilib”, – səfir vurğulayıb.

Uzunmüddətli proqram çərçivəsində Azərbaycana müvafiq skanerlər, rentgen aparatları və digər avadanlıqlar verilib. Onlar təkcə quru sərhədlərində yox, həm də Xəzərdə dəniz infrastrukturunun, neft platformalarının qorunması üçün tətbiq edilir. Bu avadanlıq Azərbaycana öz sahillərini və dəniz sərhədlərini qorumağa imkan verir, diplomat vurğulayıb. -02B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button