2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ABŞ səfirinin Şuşaya getməməyinin səbəbi barədə suala cavabı

Bakı/22.11.21 ABŞ Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçiriləcək görüşünü alqışlayır və tərəflərin sülh yolunda irəliləməsi üçün səy göstərməyə hazırdır. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger noyabrın 22-də bir qrup jurnalistlə görüşündə bildirib.

“Biz keçmişdə iki ölkə lideri birbaşa əlaqə saxladıqda əhəmiyyətli nəticələr əldə olunduğunun şahidi olmuşuq”, deyə o bildirib. Səfir görüşün tərəflər arasında etimadın formalaşdırılmasında irəliləyişə nail olmağa imkan verəcəyinə ümid etdiyini bildirib və etimad olmadan bütünlükdə münaqişənin həllinə nail olmağın mümkün olmadığını qeyd edib.

Litsenberger Turan-ın ABŞ səfirinin digər səfirlərlə birlikdə Şuşaya getməkdən imtina etməsinin səbəbi barədə sualına cavabdan yayınaraq, Zəngilanda olduğunu, səfirlik əməkdaşlarının isə Füzuli və Ağdamda olduqlarını, özünün isə tezliklə Ağdama səfər edəcəyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Mən Naxçıvanda, Şəkidə, Gəncədə olmuşam. Hələ olmadığım yerlər qalıbsa, imkan olduqda oralara da gedəcəyəm”, deyə səfir qeyd edib. 

Diplomat ABŞ-ın Qafqazda münaqişələrin nizamlanması üçün 3+3 düsturuna mənfi münasibətinin səbəbi barədə suala birmənalı cavab verməyib. “Biz hər üç Cənubi Qafqaz ölkəsinin müstəqil olmasının və qərarları özlərinin qəbul etməsinin tərəfdarıyıq”, deyə o bildirib. -02B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button