2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ səfirliyi “Qrin kart”ın Azərbaycandan olan qaliblərinin məktubuna cavab verib

Bakı/04.08.21 Diversity Immigrant Visa proqramının Azərbaycanlı qaliblərindən ibarət qrup Turan informasiya agentliyinə dəstək xahişi ilə məktub göndərib.

Turan İnformasiya Agentliyi vəziyyəti şərh etmək xahişi ilə ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət edib. Səfirliyin cavabı aşağıda təqdim edilir:

“Son bir il yarım ərzində qlobal COVİD-19 pandemiyası bütün dünyasa insanların həyatlarına məhvedici təsir göstərib, hökumətlərə və milli iqtisadiyyata ziyan vurub, məktəblərin və müəssisələrin bağlanmasına, habelə beynəlxalq səfərlərin dayandırılmasına səbəb olub. Bütün dünyada dörd milyondan çox insan vəfat edib, yüz milyonlarla xəstə və onların ailələrinə ziyan dəyib. COVİD-19 pandmiyası xaricə viza imkanlarının xeyli azalmasına gətirib çıxarıb. Bu çətin dövr ərzində ABŞ səfirlikləri və konsulluqları əsas diqqəti xaricdəki ABŞ vətəndaşlarına xidmətlər göstərilməsinə, habelə təcili vizaların verilməsinə (məsələn, pandemiya ilə bağlı ABŞ-a kömək etməyə gələnlər üçün) yetirib. Əlavə xidmətlər göstərə biləcək vəzifələr ABŞ vətəndaşlarının qohumlarının, o cümlədən həyat yoldaşlarının və övladlarının immiqrasiya vizalarına, beynəlxalq övladlığa götürülməsinə, həmçinin bəzi xüsusi immiqrasiya vizalarına üstünlük verir. Qeyri-immiqrasiya vizalarını rəsmiləşdirən məntəqələr də həddindən artıq humanitar məsələlərlə bağlı hallara və ictimai səhiyyəyə və ya milli təhlükəsizliyə həyati əhəmiyyət daşıyan dəstəyi göstərmək üçün səyahət edən şəxslər üçün nəzərdə tutulmuş hallara xüsusi diqqət yetirir.

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ-ın xaricdə heç də bütün səfirlikləri immiqrasiya vizalarını, o cümlədən çoxprofilli vizaları emal etmir və bir sıra ölkələrin vətəndaşları immiqrasiya vizası üçün ərizələrini emal etdirmək üçün ən yaxındakı ABŞ səfirliklərinə getməlidirlər.

Fərqli immiqrantlar üçün dünyada nadir olan immiqrasiya vizaları proqramı Amerikanın multimədəni simasına müsbət təsir göstərib, hazırda biz bunu ölkəmizin ən güclü tərəflərindən biri hesab edirik. Pandemiyanın təxminedilməz xarakteri ilə əlaqədar bu il nə qədər müxtəliflik vizası verəcəyimizi təxmin etmək qeyri-mümkündür, amma müvafiq gözləntiləri müəyyən etmək istəyirik və demək istəyirik ki, çox güman ki, 2021-ci il üçün qanunla icazə verilmiş bütün müxtəliflik vizalarını verməyəcəyik”.

Əlavə məlumat üçün Dövlət Departamentinin veb-saytında ABŞ-da vizalar haqqında xəbərlər səhifəsinə baxmaq olar: https://travel.state.gov/content/travel/en/News/visas-news/immigrant-visa-prioritization.html). -0-

Qrin Kart qaliblərinin Turan agentliyinə məktubu:

“Hörmətli redaksiya,

Biz “Qrin kart” (Diversity Visa 2021) proqramına Azərbaycandan seçilmiş insanlar (1439 nəfər) və onların ailə üzvləri hazırda çox mürəkkəb durumda olduğumuz üçün, sizdən səsimizi eşitməyinizi və problemimizi müvafiq ünvana çatdırmaqda bizə köməklik göstərməyinizi xahiş edirik.

ABŞ Dövlət Departamenti tərəfindən hər il keçirilən bu proqramda dünyada milyonlarla şəxs iştirak edir və onlar xüsusi kompüter proqramı vasitəsi ilə təsadüfi formada seçilir. Uzun illər, bəzən onillərlə bu proqramda iştirak edən insanlar üçün seçilmək şansı 1%-dən də azdır. Buna görə də seçildiyimizi biləndə çox sevinmişdik.

Bu proqramda iştirak edən ölkələrdən yalnız Azərbaycanlı iştirakçılar üçün visa intervyuları Bakıda deyil, Gürcüstanın paytaxtı Tbilisidə aparılır. Lakin məlum pandemiya ilə əlaqədar cari dövr üçün 2020-ci ilin sentyabrında başlanılmalı olan intervyular yeddi ay sonra, bu ilin mart-aprel ayından başladı. Vaxt çox az qaldğına görə iyul ayından başlayaraq bütün ölkələrdəki ABŞ səfirliklərində iştirakçılara intensiv olaraq intervyular təyin edilir, lakin Tbilisidəki ABŞ Səfirliyində bu proses olduqca ləng aparılır. Belə ki, Səfirlikdə hər həftə intervyu üçün cəmi bir neçə adam qəbul edilir və bu da faktiki olaraq keys nömrələri hətta böyük olmayan şəxslərin belə onlara düşmüş seçim şansının faktiki olaraq itirilməsinə səbəb olmaqdadır.

Problem ondadır ki, proses sentyabr ayında bitəcəkdir (2 ay qalıb). Sonuncu statistikaya əsasən intervyu növbəsi gözləyən 1419 keysdən, buvaxtadək yalnız 74 keysə dəvət göndərilib, onlardan isə da cəmi 51 (4%) keysə visa verilib (digər səfirliklər arasında bu çox aşağı intervyu göstəricisidir).

Məsələ ilə bağlı biz ABŞ-ın Gürcüstandakı Səfirliyinə dəfələrlə emaillar yazıb və zənglər etmişik. Lakin onlar şablon cavab verərək Kentaki Konsulluq Mərkəzinə (KCC) müraciət etməyimizi tövsiyə edir. KCC isə bildirilir ki, intervyuları ölkələrdəki ABŞ səfirliklərinin qəbul sorğusuna əsasən təyin edilir.

Beləliklə, biz Azərbaycandan olan iştirakçılar illərdir öz ölkəmizdə DV visa proqramı üzrə intervyudan keçə bilməmək problemi ilə bərabər, hazırda Gürcüstandakı ABŞ Səfirliyinin dəvətləri olduqca ləng göndərməsi problemi ilə də üz-üzə qalmışıq.

Biz bu cür laqeyd davaranışa layiq deyilik! Lotereyada iştiraka seçildikdən sonra, tələb olunduğu müvafiq sənəd və sübutların hazırlanmasına xeyli vaxt, vəsaitlər xərclədik və ailəlikcə səbirlə intervyuları gözlədik. Ancaq indi bu “qələbə” sevinci bizim ailələrimiz üçün kabusa çevrilib və bəzilərimiz ümumiyyətlə “seçilməsək daha yaxşı olardı” deyə düşünürlər. Çünki DV proqramında  iştirak edənlər üçün artıq ABŞ-a turistik visa belə almaq imkansız olur.

Biz KCC tərəfindən bizdən istənilən bütün sənədləri, prosedurları dürüst formada icra etdik. Covid-19 pandemiyasını nəzərə alaraq, 10 gün öncədən Gürcüstan respublikası ərazisində olmaqdan tutmuş, digər pandemiya ilə bağlı bütün tələbləri yerinə yetirməyə hazırıq, təki proses sürətləndirilsin.

Biz sadəcə intervyu növbəsi gözləyən keys-rəqəmləri deyilik, biz çoxsaylı insan taleləri – kişilər, qadınlar və uşaqlarıq.

Xahiş edirik bu problemin ictimailəşməsində, ABŞ-ın Gürcüstandakı Səfirinə çatdırılmasında bizə kömək edəsiniz.

Hörmətlə,

Diversity Visa 2021 proqramına Azərbaycandan seçilmiş şəxslər və onların ailə üzvləri”.

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button