2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ABŞ-Səudiyyə cütlüyü küncə sıxılır –TƏHLİL

Andrey Veselov

RİA Novosti

 

Saytların yığılması Saytlarin yigilmasi

Moskvaya səfər edən İran prezidenti Həsən Ruhani bazar ertəsi baş nazir Dmitri Medvedyevlə, çərşənbə axaşamı isə prezident Vladimir Putinlə  görüşüb.

Tehranın Moskva ilə dialoqu Səudiyyə Ərəbistanının ABŞ-la yaxınlaşması fonunda qurulur. Səudlar və İslam Respublikası permanent münaqişədədir və buna görə də güclü xarici müttəfiq axtarır.

Amma Vaşinqtonla səudların yaxınlaşması yolunda krallıq hökumətini terrorçu “Əl-Qaidə” təşkilatını dəstəkləməkdə ittiham edən Amerika vətəndaşlarının Ər-Riyada qarşı kollektiv iddiası peyda olub. 2001-ci il 11 sentyabr teraktlarında həlak olmuşların adından kollektiv iddia, keçən həftə Manhettendə Federal məhkəməyə verilib. Tələbin ümumi məbləği 6 milyard dollar qiymətləndirilir.

Demək olar, iddianın qaldırıldığı vaxtla yanaşı, Ağ Ev başçısı Səudiyyə Ərəbistanı krlaının oğlu, nazirlər kabineti sədrinin müavini və eyni zamanda kral məhkməsinin başçısı Muhəmməd bin Salmanla görüşüb. O, Səudiyyə iyerarxiyasında (kral və varis şahzadədən sonra) vur-tut üçüncü adamdır, lakin həm də hasilatçı şirkətlərin əsas lobbiçisidir. Əlbəttə, puldan da danışıblar. Görüşün yekunu  yaxşı olub: ən yaxın dörd ildə müqavilələrin, birbaşa və dolayı yatırımların ümumi məbləği 400 milyard dollar təşkil etməlidir.

Lakin tərəflərin sazişə gəlməyi asan olmayıb.

 

Pul insandan daha ucadır

 

“Reuters” danışqlar başa çatarkən Səudiyyə tərəfinin təmsilçisindən sitat gətirib: “Görüş düzgün istiqamətdə yolu bərpa edib və siyasi, hərbi, iqtisadi və təhlükəsizlik məsələlərində iki ölkə arasında ciddi dəyişikliklər formalaşdırıb”.

Səudlar “bərpa”dan danışarkən onları anlamaq olar.

Birincisi, Tramp seçkiqabağı kampaniyanın gedişində xeyli ölkələrin üstünə düşüb. Səudiyyə Ərəbistanı da öz tənqid payını alıb. “Bəzi ölkələrə müdafiə üzrə göstərdiyimiz həqiqətən nəhəng xidmətlərin əvəzində heç nə əldə etmirik. Səudiyyə Ərəbistanı da bunlardan biridir”, – deyə siyasətçi The New York Times”-a müsahibədə bildirib.

Tramp keçən ilin yayında Las-Veqasda mitinqin gedişində Ər-Riyadı “əbədi borclu” adlandırıb və israr edib ki, Səudiyyə Ərəbistanı ABŞ-ın hərbi yardımı və bazaları olmadan “bircə həftə də duruş gətirməz”.

Əmirlər ABŞ-ın yeni ekspressiv prezidentindən nə gözləyəcəklərini seziblər. Lakin hər şey ötüşüb. Səudiyyə məsələsində Trampın içindəki kommersant şoumen-populistə qalib gəlib.

İkincisi, Vaşinqton-Ər-Riyad münasibətlərinin əleyhinə JASTA (“terrorizm sponsorlarına qarşı ədalət haqda qanun”) adlanan akt işləyir. Qanun prezident Barak Obamadan miras qalıb və Səudiyyə Ərəbistanına qarşı bu əsasda iddia qaldırılıb.

JASTA aktı Obamanın prezidentliyinin lap sonunda qəbul edilib, amma Trampın “altında özəl bomba” deyil. Sələf bu qanuna veto qoyub, ancaq konqres vetonu qaldırıb. Bu, Obamanın bütün prezidentliyi dönəmində ilk hadisə idi. Demokratlar JASTA-ya səs verib, çünki bu cür qanunun ədalətinə doğrudan da inanıblar. Respublikaçılar isə demokrat prezidentə pislik etmək üçün səs vermişdilər.

İstənilən halda ABŞ-ın yeni administrasiyası bu mirasdan baş çıxartmalı olacaq və bu, Amerika-Səudiyyə münasibətləri üçün “ağrılı nöqtə”dir. Vaşinqton və Ər-Riyad nizamı pozulmuş münasibətləri yoluna qoymağa məcburdur. Təkcə iqtisadi maraqları ən sıx şəkildə çulğaşdığına görə deyil, həm də ümumi, qüvvə toplayan  düşmənləri İrana görə. Tehran son zamanlar İraqdakı şiə əhalisi və Suriyada “Hizbullah” vasitəsilə öz nüfuzunu genişləndirir.

Bundan savayı, “nüvə sazişi”ndən sonra sanksiyalardan azad olmuş İran karbohidrogenlərin yeni satış bazarlarına çıxır və “The Wall Street Journal”-in məlumatına görə, Səudiyyə Ərəbistanını sıxışdırmağa başlayıb. İslam Respublikası özünü başqa bazarlarda da sınayır.

İran üçün bu durumda təbii həmsöhbət Moskva olur. Ən müxtəlif sazişlər üçün bu yolda heç bir formal – siyasi və yaxud iqtisadi – maneələr yoxdur. Bu, Rusiya-İran əməkdaşlığını Amerika-Səudiyyə əməkdaşlığından əlverişli şəkildə fərqləndirir. Düzdür, ortaq təsərrüfat layihələri də hələlik olduqca azdır.

 

Tərcümə Strateq.az-ındır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button