2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaSiyasət

ABŞ senatı Azərbaycanda yeni səfiri təsdiq etdi

”Azəbaycanın Qərbə inteqrasiyası enerji əməkdaşlığı çərçivəsindən çıxmalıdır”

ABŞ senatı çərşənbə günü İrli (Li) Litsenbergeri (Earle (Lee) Litzenberger) Azərbaycanda yeni səfiri olaraq təsdiq edib.

Qərar Konqresin 115-ci sessiyasının bağlanmasına cəmi bir neçə saat qalmış qəbul edilib. 24saat.org xəbər verir ki, xəbəri Turan-ın Vaşinqton müxbiri verib.

Dünən Senat ümumilikdə 23 səfirliyə namizəd üzrə səsvermə keçirib.

Saytların yığılması Saytlarin yigilmasi

Senatın təsdiq etməsi o deməkdir ki,  ABŞ-ın yeni səfiri Litsenberger yaxın günlərdə Bakıya gələcək. O, yüksək diplomatik xidmətdə nazir-müşavir rütbəsində karyeralı əməkdaş hesab edilir. O, Robert Sekutanın ölkəni tərk etməsindən 9 ay boş qalan səfir vəzifəsini tutacaq.

Litsenbergerin ABŞ Dövlət Debartamentində son işi hərbi-siyasi məsələlər üzrə Büroda baş müşavir olub. O, oktyabrda senatorlara bildirib ki, onun fikrincə, Azərbaycanın Qərblə inteqrasiyası “enerji boru kəmərləri, ixracat və təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivələrindən kənara çıxa bilər və çıxmalıdır”.

“ABŞ Azərbaycanla qanunun aliliyi, şəffaflıq və insan hüquqlarının və ləyaqətinin müdafiəsi vasitəsilə demokratiya və açıq iqtisadiyyat prinsiplərinin təşviqi məsələsində də sıx əməkdaşlıq etməlidir. Uzunmüddətli sabitliyi təmin etmək və insan resurslarının və iqtisadiyyatının bütün potensialını üzə çıxarmaq üçün bu islahatların həyata keçirilməsi Azərbaycanın maraqlarına uyğundur”, deyə Litsenberger qeyd edirdi.

O, həmçinin Amerika dəyərlərini bölüşmək və Azərbaycanın zəngin tarixi və mədəniyyəti haqqında daha çox şey öyrənmək üçün Azərbaycan cəmiyyətinin geniş dairəsi ilə görüşməyə çalışmağı vəd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button