2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların qanuna çevrilməsini dəstəklədi

ABŞ Senatı Rusiya üzərinə onun Ukraynadakı hərəkətlərinə görə qoyulmuş mövcud iqtisadi sanksiyaların möhkəmləndirilməsinə və Moskvanın ABŞ seçki kampaniyasına iddia olunan müdaxiləsinə görə yeni sanksiyaların qoyulmasına əksəriyyət çoxluğu ilə səs verib.

Sanksiyalar haqqında qanun ABŞ Konqresinin yuxarı palatası tərəfindən 97 leyhinə və 2 əleyhinə nisbəti ilə qəbul edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu səsvermədən az əvvəl dövlət katibi Rex Tillerson bu qanunu qəbul etməklə administrasiyanın Rusiya məsələsində “əl-qolunu bağlamamağa” çağırmışdı.

İndi belə görünür ki, senatorlar bu çağırışa məhəl qoymayıblar.

Digər tərəfdən bu səsvermənin nəticələri Vaşinqtonda hər iki partiyanın üzvləri arasında Moskvanın cəzalandırılması üçün qətiyyətin artdığını göstərib.

Kremlin ən qatı tənqidçilərindən senator John McCain səsvemədən əvvəl demişdi ki, “prezident Putinin demokratiyamıza açıq hücumu onun bizim ölkəmizə aşkar hörmətsizliyini nümayiş etdirib”.

Bu qanunvericilik aktının həm demokratlar, həm də respublikaçılar tərəfindən dəstəklənməsi prezident Donald Trump-ın Moskva ilə münasibətlərin yaxşılaşdırılması niyyətlərinə güclü müxalifətin nümayişinə çevrilib.

Eyni zamanda yaxın ətrafının Rusiya rəsmiləri ilə keçən ilin seçki kampaniyası zamanı iddia olunan əlaqələrinə görə Trump-ın üzərindəki şübhələr artmaqdadır.

Prezident heç bir qanunsuzluğa yol verilmədiyini bildirib, lakin bu əlaqələr hazırda Konqresin iki komitəsi tərəfindən təhqiq edilir. Eyni iddilar FTB və xüsusi prokuror tərəfindən də araşdırılır.

Rusiyaya dair düzəliş İrana qarşı sanksiyaların daha böyük qanun paketinin tərkibində qəbul edilib. İrana qarşı sanksiyalar onun ballistik raket sınaqlarına və insan haqlarının vəziyyətinə görə qəbul olunub. Bütövlükdə qanuna dair Senat səsverməsi artıq iyunun 15-də keçirilə bilər.

Bundan sonra qanunvericilik aktı Nümayəndələr Palatasına veriləcək. Orada Rusiyaya qarşı cəzalandırıcı tədbirlərə dəstək bir qədər zəifdir. Buna baxmayaraq respublikaçı spiker Paul Ryan qanunu dəstəkləyəcəyini elan edib.

Moskva üzərindəki mövcud sanksiyaların qanuna çevrilməsi Trump-ın onları özbaşına qaldırmasını çətin edəcək.

Senatın ən vəzifəli demokratı Chuck Schumer deyib ki, bu səsvermə Putinə açıq mesajdır.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button