2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

ABŞ senatorları Bakını Bəxtiyar Hacıyevi dərhal azad etməyə çağırıb

Yayımlandı: 14 Fevral 2023 13:42

“Biz insan hüquqlarını pozmaq istəyən hər kəsi məsuliyyətə cəlb edə bilərik”

Fevralın 13-də ABŞ-ın iki senatoru Azərbaycan hakimiyyətini ictimai fəal Bəxtiyar Hacıyevi və digər siyasi məhbusları dərhal azad etməyə çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Turan” məlumat yayıb.

“Mən hələ də hesab edirəm ki, Azərbaycanın gələcəyi demokratiyadadır. Ancaq fəal Bəxtiyar Hacıyev kimi siyasi məhbusların həbsi bu yolu sarsıdır”,- senator Dik Durbin deyə qeyd edib.

Dik Durbin həmçinin “Twitter” səhifəsində yazıb ki, Azərbaycan Bəxtiyar Hacıyevi və digər siyasi məhbusları dərhal azad etməlidir.

Helsinki Komissiyasının həmsədri, senator Ben Kardin də Azərbaycan hökumətini dekabr ayından saxta əsaslarla saxlanılan Bəxtiyar Hacıyevi dərhal azad etməyə çağırıb.

“Biz insan hüquqlarını pozmaq istəyən hər kəsi məsuliyyətə cəlb edə bilərik və edəcəyik”, – deyə Cardin “Twitter” hesabında qeyd edib.

Dik Durbin və Ben Kardin. Foto: “Turan”

Fevralın 11-də ABŞ Dövlət Departamentin rəsmisi Ned Prays rəsmi Bakını Hacıyevin tezliklə azad edilməsinə və əsas azadlıqlarından istifadə etdiklərinə görə həbs olunanların hamısının azad edilməsinə çağırış etmişdi.

“Biz azərbaycanlı fəal Bəxtiyar Hacıyevin ötən ilin dekabrından, Beynəlxalq İnsan Hüquqları Günündən bəri həbsdə qalmasından və onun siyasi motivli hesab olunan ittihamlarla üzləşməsindən dərin narahatıq”.

2022-ci ilin dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.

Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir.

Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı.

Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır.

İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir.

O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.

Hacıyev 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyirdi.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button