Now Reading:
ABŞ senatoru Donald Trampın impiçmentinə qarşı qətnamə təqdim edəcək

ABŞ senatoru Donald Trampın impiçmentinə qarşı qətnamə təqdim edəcək

Respublikaçı senator Lindsi Qrem bildirib ki, ABŞ senatına Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın impiçmenti prosedurunun keçirilməsi vaxtı aşkarlanmış səhvlərin olduğu qətnaməni təqdim etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Onun fikrincə, Trampın impiçmenti prosesi məxfidir və qanunvericiliyə uyğun deyil. Qrem hesab edir ki, respublikaçılar “ağılsız proses”ə giriş məhdudiyyətlərinə malikdirlər.

Daha əvvəl Ağ Ev də Trampın impiçmentinin qanunsuz olduğunu bildirib. Prezidentin mətbuat katibi Stefani Qrişem qeyd edib ki, Ağ Ev ABŞ prezidenti Donald Trampın impiçmenti prosesini qanunsuz sayır və bununla bağlı araşdırmada iştirakdan imtina edir. 

O, qeyd edib ki, prosedurun belə formada keçirilməsi “prezidentlik institutu və ölkə üçün” təhlükəlidir.

Input your search keywords and press Enter.