Now Reading:
ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

Sanksiyalar çoxsaylı insan haqlarının pozulduğuna görə tətbiq edilib. Sanksiyalar ölkə lideri Kim Çen In daxil olmaqla KXDR-nın bir sıra yüksək vəzifəli şəxsləri və beş şirkətinə şamil edilib.

Qeyd edək ki, 2016-cı ilin martında ABŞ prezidenti Barak Obama Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etmiş, Koreya Xalq Demokratik Respublikası və Koreya Əmək partiyasının ABŞ ərazisindəki əmlakını və maliyyə yatırımlarını dondurmuşdu. Həmçinin ABŞ vətəndaşlarına Şimali Koreyaya yeni investisiyalar yatırmaq, bu ölkəyə mal və texnologiyalar ixrac etmək qadağan edilmişdi.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.