2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

ABŞ Suriya kürdlərinin silahla təchizatına dair qərar qəbul edib

Birləşmiş Ştatlar ABŞ və Türkiyə liderlərinin Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşünə bir neçə gün qaldığı bir vaxtda Suriyadakı əsas kürd müxalifəti qrupunun silahla təchizatı barədə qərar qəbul edib.

Pentaqonun sözçüsü Dana White mayın 9-da bəyan edib ki, prezident Donald Trump ötən gün Müdafiə Nazirliyinə “Suriyanın Raqqa şəhərində İŞİD üzərində qəti qələbənin təmin olunması məqsədilə, Suriya Demokratik Qüvvələrinin tərkibindəki kürd elementlərin silahlandırılması” icazəsini verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu bəyanatdan az əvvəl xəbər agentliklərinin qeyri-müəyyən ABŞ vəzifəlilərinə istinad edənməlumatında deyilirdi ki, Ağ Ev İslam Dövlətinin, təşkilatın istehkamı olan Raqqa şəhərindən çıxarılması məqsədilə döyüşün yaxınlaşması ilə əlaqədar Xalq Müdafiəsi Birliklərinin(YPG) silahlandırılmasına qərar verib.

Suriyanın şimalında yerləşən Raqqa şəhəri İslam Dövləti adlandırılan təşkilatın de facto paytaxtı hesab olunur.

Adı çəkilməyən ABŞ rəsmisi Pentaqonun 9 may tarixli bəyanatından əvvəl AFP agentliyinə bildirib ki,Ağ Evin sözü gedən qərarı dərhal qüvvəyə minib, lakin silahların ünvanına çatdırılmasının vaxt cədvəli dəqiqləşdiriləcək.

Vaşinqton hesab edir ki, YPG Suriyanın şimalında İD-in məğlub edilməsində mühüm rol oynayır. Eyni zamanda Türkiyə Suriya kürdlərinin qanunsuz elan edilmiş Kürdüstan İşçi Partiyası – PKK-ya bağlı olduğu qənaətindədir. PKK uzun müddətdir ki, Türkiyə ərazisində böyük kürd muxtariyyəti uğrunda Ankaraya qarşı silahlı mübarizə aparır.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Donald Trump-la Ağ Evdə mayın ortalarında görüşməlidir.

Xanım White bəyanatında bildirib ki, Vaşinqton “koalisiya partnyoru olan Türkiyənin təhlükəsizlik narahatlıqlarından tam xəbərdardır”.

Sözçü deyib: “Biz Türkiyə xalqını və hökumətini əmin etmək istəyirik ki, ABŞ əlavə təhlükəsizlik risklərinin qarşısının alınmasına və NATO müttəfiqimizin müdafiəsinə sadiqdir”.

ABŞ müdafiə naziri Jim Mattis mayın 9-da deyib ki, onun Danimarkada Türkiyə rəsmiləri ilə görüşündə Vaşinqtonun Suriyada İD-ə qarşı mübarizədə YPG ilə müttəfiqlityinə dair “faydalı” müzakirələri olub.

“Biz bu məsələni yoluna qoyacağıq” – deyib Mattis.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button