2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

ABŞ Suriyada hərbi əməliyyata başlaydı FOTO

ABŞ, Fransa və İngiltərənin birgə əməliyyatına NATO da münasibət bildirib. NATO-nun baş Stoltenberq açıqlmasında əməliyyatı dəstəklədiklərini, kimyəvi hücumdan məsul olanların hesab verməli olduğunu bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

***

Türkiyə Suriyaya hücuma bağlı münasibət bildirib. Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında “Əməliyyatları məmnuniyyətlə qarşılayırıq” deyə bildirilir.

***

Prezident Tramp cümə gücəsi ABŞ, Fransa və Britaniya qüvvələrinin Suriya prezidenti Bəşar əl-Əsəd rejiminə qarşı “birləşmiş əməliyyat” keçirdiklərini elan edib. Məqsəd Əsədin kimyəvi silah proqramına son qoymaqdır.

Tramp Ağ Evdən müraciət etdiyi zaman partlayışlar Dəməşq səmasını işıqlandırıb. Hücum indi dayanıb.

Associated Press xəbər agentliyi Dəməşqin şərqində səmaya tüstü qalxdığını xəbər verir. Şəhərin digər hissəsində alovlar müşahidə olunub.

Suriya dövlət televiziyası hücumların paytaxt civarındakı Barzeh şəhərində elmi mərkəzi hədəf aldığını xəbər verib.

Suriya mediası havadan müdafiə qüvvələrinin 13 raketi vurduğunu deyir.

Ağ Evdə millətə müraciət edən Tramp Əsəd üzərindəki “davamlı təzyiqi” saxlamağa hazır olduğunu bildirib. O, Əsədin öz xalqını beynəlxalq konvensiyalarda qadağan olunmuş kimyəvi silahlarla qırmasını dayandıranadək bunu edəcəyini söyləyib.

Fransa hərbi təyyarəsi hava zərbəsi endirmək üçün səmaya qalxır.

Fransa hərbi təyyarəsi hava zərbəsi endirmək üçün səmaya qalxır.

Nümayəndələr Palatasının Respublikaçı spikeri Paul Ryan Trampın “müttəfiqlərlə birgə qəti addım” atmasını alqışlayıb.

Senat Silahlı Qüvvələr Komitəsinin sədri Con Makkeyn hava zərbələrini alqışlaylıb, eyni zamanda əlavə edib ki, “bunlar özü-özlüyündə ABŞ-a Yaxın Şərqdəki hədəflərinə nail olmağa” kifayət etməyəcək.

Senatdakı Demokrat azlığın lideri Çak Şumer də zərbələri alqışlayıb, eyni zamanda administrasiyanı münaqişəyə dərindən cəlb olunmamağa çağırıb.

Qərb qüdrətlərinin hava zərbələri ötən həftə Suriyanın Duma şəhərində 40 adamın ölümü və yüzlərlə adamın yaralanması ilə nəticələnən kimyəvi silah hücumuna cavabdır. ABŞ və onun müttəfiqləri Əsəd rejimini öz əleyhdarlarına qarşı qadağan olunmuş silahlardan istifadə etməkdə günahlandırır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button