2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

ABŞ Suriyada Rusiya-Türkiyə-İran planının tərəfi olmadığını bildirib

Pentaqon bildirib ki, Rusiyanın bundan əvvəl verdiyi bəyanata baxmayaraq ABŞ Suriyada “de-eskalasiya” zonalarının içindəki İslam Dövləti döyüşçülərinə hava zərbələri endirməkdə davam edəcək.

Moskva bildirmişdi ki, sözü gedən zonalar ABŞ koalisiyasının uçuşları üçün bağlı olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Pentaqonun sözçüsü mayor Adrian J.T. Rankine-Galloway mayın 5-də, Rusiyanın təhlükəsiz zonalara dair planının tətbiqinə başlandığı gün bildirib ki, “koalisiya qüvvələri İD döyüşçülərinin heç yerdə sığınacaq tapmasına imkan verməmək məqsədilə onları istənilən yerdə hədəfləməkdə davam edəcək”.

Rankine-Galloway bunu da vurğulayıb ki, ABŞ hökuməti Suriyada təhlükəsiz zonalara dair Rusiya, Türkiyə və İran tərəfindən mayın 4-də Astanada imzalanmmış sazişin tərəfi deyildir.

Pentaqon sözçüsü deyib ki, Birləşmiş Ştatlar “koalisya çərçivəsində münaqişəsizləşdirmə əməliyyatlarını aparmaqda davam edəcək, lakin Suriyanın son dərəcə sıx və mürəkkəb döyüş meydanında bu əməliyyatların spesifik xüsusiyyətlərini müzakirə etmək niyyətində deyildir”.

Suriyda təhlükəsiz zonalara dair saziş mayın 6-da qüvvəyə minməlidir.

Bundan əvvəl, mayın 5-də Rusiyanın Astana sülh danışıqlarındakı nümayəndəsi demişdi ki, təhlükəsiz zonalar ABŞ koalisiyasının təyyarələri üçün bağlı olacaq.

Ziddiyyətli bəyanatlar

Aleksandr Lavrentyev demişdi ki, “de-eskalasiya zonalarında istər xəbərdarlıqlı, istərsdə də xəbərdarlıqsız aviasiya əməliyyatlarının, xüsusilə də beynəlxalq koalisiya qüvvələrinin aviasiya əməliyyatlarının keçirilməsi nəzərədə tutulmayıb.”

Buna baxmayaraq elə mayın 5-də, bir qədər sonra Lavrentyev deyib ki, ABŞ koalisiyasının aviasiyası İD-ə qarşı spesifik ərazilərdə əməliyyatlar keçirə bilər. O bu “spesifik” yerlərin həm də de-eskalasiya zonalarının içərisində ola biləcəyi məsələsini xırdalamayıb.

Lavrentyev bunu da deyib ki, Suriya müxalifəti qüvvələri Suriyanın hökumət qoşunlarına hücum etmədikcə, Rusiya və ya Suriya aviasiyası təhlükəsiz zonaların üzərində uçmayacaq.

Onun sözlərinə görə, buna baxmayaraq Rusiya və Suriya aviasiyası təhlükəsiz zonalardan kənarda İD qüvvələrini vurmaqda davam edəcək.

Bu arada Rusiya hərbiyyəsi mayın 5-də elan edib ki, Rusiya İD ekstremistlərinə və əl-Qaedaya bağlı ən-Nüsra qüvvələrinə təhlükəsiz zonaların içində və kənarında hava zərbələrini davam etdirəcək.

Suriya münxalifəti bu bəyanatla əlaqədar narahatlıq bildirib, çünki ıəvvəllər Rusiya aviasiyası Bashar əl-Assad qüvvələrini dəstəkləmək məqsədilə istədikləri qüvvəni terrorçu adlandırıb.

Təhlükəsiz zonalara dair planı Suriya müxalifəti də rədd edib.

Rusiya hərbiyyəsinin rəhbərlərindən Sergey Rudskoy deyib ki, Rusiya hərbi komandanlığı Suriyadakı əməliyyatları müzakirə etmək üçün amerikalı həmkarları ilə görüşəcək.

Rusiya ABŞ-la koordinasiya şurasındakı fəaliyyətini Donald Trump Suriyadakı hərbi hava bazasına raket zərbələri endiməyi əmr edəndən bəri dayandırıb.

Birləşmiş Ştatlar Astana razılaşmasına ehtiyatla reaksiya verib. Vaşinqton bildirib ki, Suriyada bütün sülh təşəbbüslərini dəstəkləyir, lakin İranın atəşkəs qarantı kimi iştirakından narahatdır.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button