2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

ABŞ təşkilatı Azərbaycan iqtisadiyyatını gözləyən problemləri göstərdi

İqtisadçı Rövşən Ağayev

Virus gərginlyi kölgədə qoysa da Standard&Poor’s beynəlxalq kredit agentliyinin Azərbaycanın suveren reytinqinilə bağlı açıqlamasında xeyli maraqlı məqamlar var.
Ən azından media üçün maraqlı ola biləcək məqamlardan yazım. İqtisadi durumun həssas olması səbəbindən agentliklərin ölkə qiymətləndirməsi indilərdə daha diqqətçəkicidir.
Reytinqin dərəcəsi ölkənin (şirkətin) qiymətləndirmə anına öz öhdəliklərini (həm xarici, həm də yerli valyutada) icra etməyə nə qədər imkanı olduğunu təsdiqləyir. Vəziyyətdən asılı olaraq bu imkanlar da tez-tez dəyişir. Məsələn, Standard&Poor’s-in növbəti qiymətləndirməsi iyulda olacaq.
Ölkənin suveren reytinqi BB+ səviyyəsində saxlanıb.
Reytinq dərəcələrində BB təsnifat qrupu ona işarədir ki, iqtisadi proseslərin gedişindən asılı olaraq kredit riskləri arta bilər, amma bunu qarşılamaq üçün alternativ resurs tapma imkanları da mövcuddur. Şübhəsiz ki, Azərbaycanın xarici aktivlərinin belə risklərdən qorunmaq üçün alternativ resurs olması ən azından suveren reytinqin hələlik bundan daşa aşağı spekulyativ risk qruplarına düşməyə qoymur.
Mütəxəssislər bilir – Azərbaycanın hazırda aldığı səviyyə ölkənin beynəlxalq kredit agentliklərindən investisiya reytinqli ölkə statusunda qiymət almaması deməkdir. Lap sadə desək, bu reytinqə baxan potensial borcverənlər və investorlar qərar verməzdən 2 dəfə fikirləşməlidirlər – verəcəyi borc və ya qoyacağı sərmayə üçün risk var, qoyuluşlarını həmin riskləri tam nəzərə alaraq etməlidir.
Bu səbəbdən də qeyri-investisiya reytinqli ölkələr (həmçinin şirkət və banklar) beynəlaxalq bazarlardan daha yüksək faizlə borclana bilirlər – yəni investisiya reytinqi üçün normal bazar %-i+risk %-i.
Son qiymətləndirmə ilə bağlı mediada getməyən bəzi məqamları yazıram ancaq.
1.Uzun müddət neftin ucuz qalması məzənnə dəyişikliyinə səbəb olar – bunun 2015-ci ildən fərqli olaraq bu dəfə valyuta ehtiyatlarının itirilməsinin qarşını atılmaq üçün edilməsi gözləniləndir;

Saytların yığılması Saytlarin yigilmasi
  1. Ölkədə institusional mühitin effektivliyi zəif, iqtisadi diversifikasiya məhdud, pul-kredit siyasəti çeviklikdən uzaqdır (xüsusilə də xarici sektorla bağlı məlumatların dəqiqliyində və əhatəliyində);
  2. Gələcək tədbirləri proqnozlaşdırmaq çox çətindir, çünki qərar qəbulu həddən artıq mərkəzləşib və birinci şəxsin əlindədir. Bu vəziyyət şəffaflıq mühitini pisləşdirir, gələcək siyasi qərarları proqnozlaşdırmağa imkan vermir;
  3. Korrupsiya səviyyəsi yüksəkdir və bu qanunun aliliyinə zəmanət verməyə və məlumatların sərbəst yayılmasına imkan vermir;
  4. Maliyyə sistemində dollarlaşma səviyyəsi yenə də çox yüksık olaraq qalır;
  5. 2020-ci il üçün 0.7% iqtisadi daralma, 3.5% sərmayə azalması gözləyir (nəzərə alaq ki, hələ yanvarda hazırlanan hesabatdır – yəni virusun təsiri nəzərə alınmayıb);
  6. Cari hesablarda ÜDM-nin 7.5%-i səviyyəsində defisit proqnozlaşdırır, cari hesablarla ölkəyə xarici valyuta daxilolmalarının ÜDM-də payı 2019-cu ildəki 54.4%-dən 44%-ə enə bilər;
  7. Xalis birbaşa və portfel investisiyaların ÜDM-də payı 0-1.5% intervalında ğözlənir;
  8. Məcmu xarici maliyyələşmə ehtiyacı kəskin artacaq. Bu özünü 2 göstəricinin cəmi kimi göstərir – cari hesablar balansnın defisiti+qısamüddətli xarici borcların həcmi. 2020-ci ildə məcmu xarici maliyyələşmə üçün tələb olunan vəsaitin ümumi həcmi cari hesablar çərçivəsində ölkəyə daxil olan xarici valyuta ilə istifadə edilə bilən xarici valyuta ehtiyatlarının 111%-nə bərabər olacaq. Halbuki 2019-da 88% olmuşdur.
  9. İstifadə edilə biləcək valyuta ehtiyatlarının həcmi 2019-a nisbətən 90%-a yaxın azalaraq 3.5 mlrd. dollar təşkil edə bilər. “İstifadə edilə biləcək valyuta ehtiyatları” dedikdə agentlik nəyi nəzərdə tutur? Yenidən qiymətləndirmə nəticəsində aktivlərin itirilən dəyəri, girov təminatı kimi saxlanmayan xarici aktivlər, birbaşa investisiya (o cümlədən daşınmaz əmlaka qoyulan) kimi istifadə edilməyən və il ərzində istifadə edilə biləsi ehtiyatlarınn məcmu həcmidir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button