2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ Talibanın elan etdiyi müvəqqəti hökuməti qiymətləndirir

Birləşmiş Ştatlar Taliban qrupunun Əfqanıstanda müvəqqəti hökumət elan etməsini qiymətləndirdiyini və “Əfqanıstan xalqının “inklüziv bir hökumətə layiq olduğuna dair gözləntilərinin olduğunu açıq şəkildə ifadə etdiyi” bildirib.

“Biz hazırda Talibanı Əfqanıstandan razılaşdırılmış istiqamətlərə hazır olan uçuşlar da daxil olmaqla, xaricə səyahət etmək üçün sənədləri olan xarici vətəndaşların və əfqanların təhlükəsiz çıxışına icazə vermək öhdəliklərini yerinə yetirməyə məcbur edəcəyik. Biz eyni zamanda Talibanın Əfqanıstan torpağından başqa ölkələri təhdid etmək üçün istifadə edilməməsini təmin etməsi və Əfqanıstan xalqına dəstək üçün humanitar çıxışa icazə verməsi ilə bağlı gözləntimizi bir daha bəyan edirik. Dünya onları diqqətlə izləyir” – deyə, Dövlət Departamentinin sözçüsü çərşənbə axşamı bildirib.

Taliban çərşənbə axşamı Əfqanıstanda “müvəqqəti” İslam hökuməti elan edərək, hökumətə İslam hərəkatının qurucusu, mərhum Molla Ömərin yaxın həmkarı Molla Həsən Axundun rəhbərlik edəcəyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Zabiullah Mücahid

Taliban bu barədə açıqlamanı şimaldakı Pəncşir vilayətini ələ keçirdiyini və bununla da münaqişənin viran qoyduğu ölkədə hökümətə qarşı yeganə silahlı müqavimətə son qoyduğunu elan etdikdən bir gün sonra verib.

Kabildə keçirilən mətbuat konfransında müvəqqəti Nazirlər Kabineti barədə təfərrüatlardan danışan Taliban sözçüsü Zabiullah Mücahid bütün təyinatların müvəqqəti olduğunu və müxtəlif digər nazirliklərə rəhbərlərin tezliklə təyin ediləcəyini deyib.

60 yaşlarında olduğu güman edilən Axundun əslən Talibanın yarandığı Əfqanıstanın cənub Qəndəhar vilayətindədir. O, təxminən 20 il davam edən müharibə zamanı Birləşmiş Ştatlar və müttəfiq qüvvələrə qarşı qiyamçı hücumlar təşkil edən qrupun liderlər şurasına rəhbərlik edib.

Mücahidin sözlərinə görə, qrupun siyasi ofisinin rəhbəri Molla Əbdül Qani Bəradər müvəqqəti hökumətdə baş nazirin müavini vəzifəsini icra edəcək. Siracüddin Haqqani daxili işlər naziri, Əmir Xan Müttaqi xarici işlər naziri, Molla Ömərin oğlu Məhəmməd Yaqub müdafiə naziri vəzifəsini icra edəcək.

Molla Əbdül Qani Bəradər

Molla Əbdül Qani Bəradər

Siracüddin Haqqani ABŞ tərəfindən qlobal terror təşkilatı kimi tanınan “Haqqani”şəbəkəsinin rəhbəridir.

Vaşinqton Əfqanıstanda Amerika və müttəfiq qüvvələrə qarşı ölümcül hücumlara rəhbərlik etməkdə ittihamı etdiyi Haqqaninin həbsinə gətirib çıxaracaq məlumat üçün 10 milyon dollar mükafat vəd edib. ABŞ Haqqani şəbəkəsinin “ən ölümcül və inkişaf etmiş üsyançı qrup” elan edib.

İnformasiya naziri vəzifəsini icra edən Əhmədulla Vasiq çərşənbə axşamı mətbuat konfransından sonra jurnalistlərə Taliban hökumətinin ali ruhani lideri və ya “Əfqanıstan İslam Əmirliyinin” ümumi əmirinin Hibatulla Axundzadənin olacağını bildirib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button