2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ tarixinin ən böyük iflası

Xarici məsələlərdə ABŞ-a bağlı olan avtonom Karib adası Porto Riko təxminən 73 milyard dollarlıq sosial borcunu ödəyə bilmədiyi üçün iflas bayrağı qaldırmağa hazırlaşır.

Kreditorlarla razılaşma əldə edə bilməyən adanın iflası ABŞ tarixindəki ən böyük iflas hadisəsi olacaq. Uzun müddətdir borc böhranından çıxa bilməyən Porto Rikonun valisi Ricardo Rossello kreditorlarla aparılan müzakirələrdə razılaşma əldə edə bilmədikləri üçün federal iflas məhkəməsinə müraciət edəcəklərini açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Daxili işlərində müstəqil olması ilə yanaşı, ABŞ torpağı statusu qalan Porto Rikonun durumu, şikayəti qəbul ediləcəyi halda, digər Amerika əyalətləri və şəhərlərindən fərqli bir iflas prosesinə uyğun qiymətləndiriləcək.

Ada keçmiş prezident Barak Obamanın imzasını daşıyan qanun sayəsində borclarının bir hissəsini keçən ilin iyul ayından bu yana dondurmuşdu. Təxminən 3, 6 milyon Amerika vətəndaşına ev sahibliyi edən Porto Rikoda adambaşına düşən dövlət borcunun ABŞ-ın bütün yerli rəhbərliklərindən daha yüksək olması diqqəti çəkir.

Yoxsulluq nisbətinin 45%-ə çatdığı Porto Rikonun 73 milyard dollarlıq borcunu ödəyə bilməyərək iflas halına düşməsi ABŞ tarixindəki ən böyük iflas hadisəsi olacaq.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button