2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

ABŞ Tayvanı silahlandırır: niyə? 

Seymur Həzi

Rusiya-Ukrayna cəbhəsində yaranan yeni psixoloji vəziyyət qlobal siyasətin başqa cəbhələrində də hərəkətlənmələrə səbəb olur. Ya da, ola bilsin, burada heç bir səbəb-nəticə əlaqəsi yoxdur, sadəcə, ümumi bir proses ayrı-ayrı nöqtələrdə özünü daha əlaqəli şəkildə büruzə verir. Məsələn, artmaqda olan Çin-Tayvan, yəni Çin-ABŞ gərginliyi artıq yeni siyasi mahiyyət almağa başladı. Aydın oldu ki, ABŞ zarafat etmir. Politico.com saytı xəbər verir ki, Bayden administrasiyası Konqresdən Tayvana 60 gəmi əleyhinə raket və 100 hava raketi daxil olmaqla, təxminən 1,1 milyard dollarlıq silah satışına razılıq verməsini istəyəcək. 

Hələ ilkin mərhələdə olan paketə 60 355 milyon dollarlıq AGM-84L Harpoon Block II raketləri, 100 ədəd 85,6 milyon dollarlıq AIM-9X Block II “Sidewinder” taktiki hava raketləri və müşahidə radar müqaviləsini yeniləmək üçün 655,4 milyon dollar yardım daxildir. “Sidewinder” raketləri Amerika istehsalı olan Taipei F-16 qırıcıları tərəfindən istifadə edilməsi üçün nəzərdə tutulub. 

ABŞ Tayvanı niyə silahlandırır? 

Saytların yığılması Saytlarin yigilmasi

Çin bir imperiya kimi müasir milli dövlətlərin ən ciddi problemi olaraq qalır. Onun istər istehsal gücü və iqtisadi artım tempi, böyük bazar olması və dünyada böyük bazarlar üçün önəmli olması demək olar ki, orbitində olan və olmayan əksər dövlətlər üçün fəlakət burulğanı effekti yaradır. Çin böyük limanları, dəmir yol infrastrukturlarını, hava şirkətlərini alır. Dövlətləri öz şirkətlərinə borclandırır və onların idarəçiliyinə faktiki nəzarəti ələ keçirir. Özü üçün elə də nəhəng olmayan, amma başqa dövlətlər üçün həyati əhəmiyyəti olan sərmayələrlə təsir bölgələri yaradır və bir növ özü üçün zorakı geopolitik bir reallıq qurur. Amma bütün bu işlərdə o, nəinki ABŞ-dan, onun iki xırda müttəfiqindən geridə qalır. Bunlardan biri Cənubi Koreya, digəri isə Tayvan kimi tanınan Çin Respublikasıdır. ÇXR açıq şəkildə müasir texnoloji prosesi bu iki ölkənin arxasınca izləyir. Mikroçiplərin istehsalı məsələsində geridə qalan Pekin Cənubi Koreya ilə nə qədər yaxın olsa da, bu texnologiyanı əldə edə bilməyəcəyini bilir. Amma Tayvanı özünə birləşdirməklə, bir daşla iki quş vura biləcəyinə ümid edir. Fəqət müasir layihələndirmələrin necə aparıldığını düşünsək, Çinin bir qədər qaba yanaşdığını görərik. Təbii ki, bu qabalıq La Tzı ilə Konfutsinin arasındakı üslub nəzakəti qədərdir. Çin ikincinin yolunu və dilini seçir. 

ABŞ isə bu məsələyə təkcə texnoloji qarşıdurma kimi baxmır. Ağ evdə düşünürlər ki, elmi yeniliklər və texnoloji üstünlüklər ancaq və ancaq azad cəmiyyətin məhsulu ola bilər. Ona görə də həqiqi elm və texnologiya azadlığa xidmət etməlidir. Yəni öncə azadlıq qorunmalı və sərhədləri genişləndirilməlidir ki, yaradıcılıq da genişlənsin. Bu baxımdan da Tayvan həm bir müttəfiq kimi, həm bir texnoloji üstünlüyə sahib ölkə kimi, həm də kommunist Çinin düz yanında azadlıq etalonu kimi çox vacibdir. 

ABŞ-ın Tayvana hərbi yardımlar barədə düşünməsi artıq təkcə Çini deyil, sonuncu Tehran sammitinin iştirakçılarını və onların arxasınca sürünənləri də düşündürməldir, düşündürəcək. 

24 saat” “ABŞ Tayvanı silahlandırır: niyə? ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button