2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

ABŞ Tehran həbsxanalarına sanksiyalar elan edib

ABŞ “ciddi insan haqları pozuntuları” ilə bağlı Tehran Həbsxanaları Təşkilatı və onun rəhbərlərindən biri üzərinə sanksiyalar elan edib.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (Office of Foreign Assets Control – OFAC) aprelin 13-də bəyan edib ki, Sohrab Soleimaniyə və İran həbsxanalarına rəhbərlik edən təşkilata sanksiyalar tətbiq olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

AzadlıqRadiosu xəbər verir ki, Soleimani iddia edilən pozuntular zamanı təşkilatın rəhbəri idi və hələ də bu qurumnun rəhbərliyində təmsil olunur.

O İran İslam İnqilabı Keşikçiləri korpsunun komandanı, general Qassem Soleimaninin qardaşıdır.

OFAC bildirir ki, Tehran Həbsxanalar Təşkilatı “Evin həbsxanasında çox ciddi insan haqları pozuntuları üçün məsuliyyət daşıyır”.

Bəyanatda deyilir ki, Evin həbsxanası siyasi dissidentlərə və vicdan məhbuslarına qarşı qəddar rəftarla ad çıxarıb.

Evinin keçmiş məhbuslarının şəhadətinə görə burada dustaqlara qarşı qəddarlıq törədilir, ifadələr işgəncə ilə alınır və məhbuslara tibbi yardımdan imtina edilir.

Bəyanatda bu da bildirilir ki, 2014-cü ildə bu həbsxananın keşikçiləri və rütbəli rəsmiləri bir neçə saat ərzində siyasi məhbusları döyüblər.

OFAC-ın sanksiyaları tətbiq olunan şəxslər üçün ABŞ və başqa xarici maliyyə təsisatları ilə hər hansı əlaqəyə girmək çətinləşir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button