Gündəm

ABŞ Türkiyədəki referenduma münasibət bildirib

Türkiyədə keçirilən referendumun nəticələrinə dair münasibət bildirmək üçün beynəlxalq müşahidəçilərin açıqlayacağı hesabatı gözləyəcəyini bildirən ABŞ ATƏT-in hesabatından sonra münasibət açıqlayıb. ABŞ Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Mark Toner Vaşinqtonun referendumun nəticələrinə etirazının olmadığını bildirib. Toner bildirib ki, dempkratik cəmiyyətlərdə xüsusi ilə mübahisəli mövzularda əks fikirlərə sayğı göstərərək güc qalib gəlir. ABŞ Türkiyə demokratiyasına dəstək verməkdə davam edəcək. Təbii ki, hüququn aliliyi və mətbuat azadlığı prioritet olacaq. Ayrıca Toner seçkilərlə bağlı açıqlanan uyğunsuzluqu və eyni şərtlər altında aparılmayan təbliğat və təşviqata dair məlumatları da qeyd etdiklərini bildirib.

Aqil

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close