AZ24SAAT.ORG

Now Reading:
ABŞ türkiyəli məmurlar barəsindəki sanksiyanı aradan qaldırıb

Ankara analoji addımla cavab verib

ABŞ Maliyyə Nazirliyi Türkiyə XİN rəhbəri Süleyman Soylu və Ədliyyə Nazirliyinin rəhbəri Abdulhamid Gülün barəsində sanksiyaları aradan qaldırıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Ankara analoji addımla cavab verərək, ABŞ hökumətinin iki üzvünün barəsində məhdudiyyətin ləğvini bəyan edib.

“ABŞ Maliyyə Nazirliyinin qərarına cavab addımı olaraq ABŞ-ın ədliyyə naziri Ceff Seşns və daxili təhlükəsizlik naziri Kirsten Nilsenin barəsində sanksiya ləğv edilib”, – Türkiyə XİN mətbuat katibi Hami Aksoy bildirib.

H.Aksoy xatırladıb ki, Türkiyə ABŞ Maliyyə Nazirliyinin bu il 1 avqust tarixli qərarına cavab olaraq Amerika hökumətinin iki üzvünə qarşı sanksiya tətbiq etmişdi.

İki ölkə arasındakı münasibətlərdə yaranmış gərginlik Türkiyədə terrorçularla əlaqədə ittiham olunan amerikalı rahib Endrü Kreyq Bransonun işi ilə bağlı idi.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.