2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ Türkiyəni seçəcək, yoxsa kürdləri

“Ötən həftəsonu Türkiyə əsgərləri Suriyada Amerikanın müttəfiqi olan kürd yaraqlılara qarşı hava və qurudan hücuma başladı. Bəs, ABŞ-la Türkiyə dost deyillər ki? Bu, müəyyən nöqtəyə qədər belədir”. “The New York Times” qəzetində Sewell Chanjan bu iki ölkənin NATO müttəfiqi olaraq hücum zamanı bir-birinin köməyinə gəlməli olmasıyla bağlı öhdəliyini xatırladır. Birləşmiş Ştatlar Türkiyəyə silah yardımı edir, Suriyada İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qarşı mübarizədə Incirlik hava bazasından faydalanıb.

Ancaq 2003-cü ildən bəri Recep Tayyip Erdogan-ın hakimiyyəti altında getdikcə avtoritarlaşan Türkiyənin Vaşinqtonla münasibətləri də sərinləşməyə başlayıb. Özəlliklə də, 2016-cı ilin iyulundakı uğursuz çevriliş cəhdindən sonra pisləşmə daha da dərinləşib. Erdogan ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gulen-i həmin çevriliş cəhdinin arxasında durmaqda, Birləşmiş Ştatları isə ona sığınacaq verməkdə suçlayır.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button