2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ Türkiyəyə müdaxilə edəcək – Ərdoğanı devirmək PLANI

ABŞ-ın “Foreign Policy” nəşrində yayımlanan məqalədə Ərdoğanı devirmək çağırışı edilib.


Publika.az xəbər verir ki, məqalənin müəllifi Con Hannah Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın başda Amerika olmaqla, Yaxın Şərq və Avropa, eləcə də Türkiyənin özü üçün təhlükəli şəxs olduğunu yazıb: “Türkiyə yavaş-yavaş uçurumdan aşağı yuvarlanır. Terrorizm, daxili savaş, üfüqdə “müflis dövlət” və “zorla bölünmə” kimi ssenarilər görünür. Ərdoğan PKK ilə yenidən müharibə aparması Türkiyənin demoqrafik quruluşuna qarşı hücumdur”.Məqalədə Türkiyənin son illər İŞİD-ə dəstək verdiyi və ABŞ-ın bunu qəbul etdiyi də iddia olunur.“Türkiyədə ordunun dövlət çevrilişi etməsi ehtimalı var. Ərdoğan bu ehtimala qarşı PKK ilə yenidən döyüşə başlayaraq, ordu ilə ittifaq qurdu. Türkiyənin Ərdoğan problemi illərdir davam edir. ABŞ rəsmiləri problemin o qədər də qorxulu olmadığını, getdikcə özünün həll olacağını, beləliklə Yer üzündə ən önəmli geostrateji torpaqların bir hissəsi ilə müttəfiqliyi pozmaq məcburiyyətinə qalmayacağını düşünür. Lakin Ərdoğan problemi getdikcə böyüyür və metastaz olur. ABŞ-ın maraqları üçün böyük təhlükələr yaratmaqda davam edir. Tez, ya da gec hesablaşma günü gələcək, Amerika da bu prosesdən daha az zərərlə çıxmaq üçünü indidən hazırlığa başlamalıdır”, – deyə məqalədə bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button