Loading...
Loading...
SEÇMƏ

ABŞ Ukrayna üçün 450 milyonluq yeni müdafiə paketini açıqlayıb

ABŞ Ukraynanın müdafiəsi məqsədilə 450 milyon dollar dəyərində yeni yardım paketini açıqlayıb.
Buraya əlavə “HIMARS” reaktiv yaylım atəşi sistemləri də daxildir.

Bu barədə Ağ Evin mətbuat katibi Con Kirbi məlumat verib.

“HIMARS” sistemlərindən əlavə, yeni paketdə yeni silah və avadanlıqlar da nəzərdə tutulub.
O cümlədən, ABŞ Ukraynaya artilleriya üçün əlavə on minlərlə silah-sursat göndərəcək.

Bundan əlavə, Ukrayna öz sahillərini və daxili sularını müdafiə etmək üçün patrul katerləri də alacaq.
Kirbi Ukraynanın neçə ədəd “HIMARS” və kater alacağını açıqlamayıb.

Onun sözlərinə görə, ABŞ fevralın 24-dən bəri Ukraynaya 6,1 milyard dollar həcmində müdafiə yardımı göstərib.

Eyni zamanda, Co Bayden hakimiyyətə gələndən bəri bu məbləğ 6,8 milyard dollara bərabər olub.

Daha əvvəl, iyunun 23-də “The Washington Post” nəşri vəzifəli şəxslərə istinadən yazıb ki, yeni paketdə daha dörd “HIMARS” sistemi, on səkkiz taktiki maşın, on səkkiz sahil və çay patrul kateri, minlərlə pulemyot, minaatan və silah-sursat, habelə digər avadanlıq və ehtiyat hissələri olacaq.

ABŞ daha əvvəl də Ukraynaya dörd “HIMARS”, habelə 80 km-lik məsafədə olan hədəfləri vura biləcək yüksək dəqiqlikli silah-sursat verilməsini razılaşdırmışdı. Eyni zamanda, Böyük Britaniya üç vahid analoji silah, 80 km uzaqlığı vuran “M270” ABŞ reaktiv sistemini Ukraynaya yollayır.

Almaniya da Kiyevə üç analoji reaktiv sistem verəcəyini elan edib.

Meydan TV

Gözdən qaçırmayın:  “Space” telekanalı Elçin Əlibəyliyə görə xəbərdarlıq alıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button