2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ Ukraynanın əks-hücumuna tələsir – Qərb mediası

“Ukraynanın artıq vaxtı yoxdur və onu Rusiya ilə müharibədə dəstəkləyən ölkələr “tam və çevik” şəkildə Kiyevə silahlar verilməsinə dair vədlərini yerinə yetirməlidirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin martın 16-da Ukrayna üzrə beynəlxalq kontakt qrupunun onlayn keçirilən müşavirəsinin sonunda deyib.

Politico portalının yazdığına görə söhbət Ukraynaya Qərb ölkələrinin daha tez bir zamanda zirehli texnika çatdırmasından, Ukrayna hərbçilərinin döyüş hazırlığı təlimlərinin sürətləndirilməsindən, yeni sistemlər üçün ehtiyat hissələrinin tədarükündən gedir.

Pentaqonun rəhbəri bu barədə deyib:

“İndi Ukraynaya PDM-lər (piyadaların döyüş maşınları) veriləcək. Bu texnika tezliklə Ukrayna ordusunun mövqelərində olacaq. Ukrayna əsgərlərinə verilmiş təlim nəticəsində biz onların döyüş meydanında uğurlu əməliyyatlarını görəcəyik”.

Bununla belə Politico yazır ki, baharın yaxınlaşması ilə ABŞ rəsmiləri Ukraynada sursatın, hava hücumundan müdafiə vasitələrinin azalmasından, təcrübəli əsgər və zabitlərin sıralarındakı itkilərdən narahat olurlar.

The Washington Post bu həftənin əvvəllərində yazmışdı ki, ABŞ bir çox ordu birləşmələrinin hazırsızlığı ilə bağlı Ukraynanın yaz əks-hücumunun perspektivlərindən narahatdırlar.

Politico yazır ki, bəzi ABŞ rəsmilərinin təxminlərinə görə Ukrayna müharibə başlanandan bəri 100 mindən çox hərbçi itirib.

Bundan əvvəl NATO üzvü olan ölkələrin nümayəndələri də buna bənzər rəqəmlər səsləndirirdilər, amma onlar deyirdilər ki, Rusiyanın canlı itkiləri müqayisəyəgəlməz dərəcədə çoxdur.

Politico iddia edir ki, ABŞ rəsmiləri bağlı qapılar arxasında Kiyevdən artilleriya sursatından qənaətlə istifadə olunmasını, daha hədəfli döyüş əməliyyatları keçirilməsini istəyirlər.

Sayt qeyd edir ki, hazırda amerikalılar diqqətlərini Ukraynanın yaz əks-hücumuna hazırlığına yönəldiblər.

Politico yazır ki, böyük əks-hücum may ayında başlana bilər. Məhz bu əməliyyatda iştirak üçün Ukraynaya yüzlərlə ədəd zirehli texnika, o cümlədən su sədlərinin keçilməsi üçün mühəndis texnikasının çatdırılması mühümdür.

ABŞ prezidentinin administrasiyasındakı bir mənbə bildirib ki, ABŞ-ın son aylarda Ukraynaya çatdırdığı hərbi yardımlar məhz əks-hücumda istifadə üçün nəzərdə tutulub.

Vaşinqtonda deyirlər ki, əks-hücum barədə qərarı müstəsna olaraq prezident Volodimir Zelenski qəbul etməlidir.

Ostinin sözlərinə görə Ukraynanın müttəfiqlərinin çalışdığı budur ki, Kiyev “döyüş meydanında dinamikanı” dəyişə biləcək qədər silah-sursat və texnikaya malik olsun.

Politico qeyd edir ki, Kiyev hələ də əks-hücum strategiyasını dəqiqləşdirə bilməyib, amma onun mahiyyətcə iki variantı var: Dnepr çayını keçmək və Xersondan cənuba – Krıma doğru irəliləmək, ya da şimaldakı mövqelərdən şərqə doğru irəliləmək və Azov sahillərinə çıxmaqla Rusiya qüvvələri ilə Krım arasındakı “torpaq körpünü” kəsmək.

Rəsmilər bildirirlər ki, ikinci variant daha ağlabatan görünür.

Qış ayları ərzində əsas döyüşlər Donetsk vilayətindəki Baxmut şəhəri ətrafında gedib.

Bu döyüşlərdə hər iki tərəfin ağır itkilər verdiyi deyilir. Rusiya bir sıra taktiki uğurlar qazansa da, şəhəri ələ keçirə bilməyib.

24 saat” “
ABŞ Ukraynanın əks-hücumuna tələsir – Qərb mediası
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button