2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ Ukraynaya ‘ağıllı bomba’ avadanlığı verə bilər

ABŞ Ukraynaya idarə olunmayan aviasiya sursatını “ağıllı bombalara” çevirən elektron avadanlıq verə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Belə bombalar düşmənin mövqelərinə son dərəcə dəqiq zərbələr endirilməsinə imkan verir.

Bu barədə ABŞ-ın yüksək vəzifəli rəsmilərinə istinadla The Washington Post qəzeti yazır.

“Birbaşa hücum üçün birləşdirilmiş sursat” (Joint Direct Attack Munition – JDAM) adlanan sursata qlobal səmtləmə qurğusu (GPS) daxildir və o müxtəlif növ silahlara bağlana bilər.

Amerika hərbçiləri bu texnologiyadan çəkisi 900 kiloqrama çatan aviasiya bombalarında istifadə edirlər.

Qəzet yazır ki, qısa adı JDAM olan bu texnologiyanın Ukraynaya verilməsinə prezident Co Baydenin (Joe Biden) və ya onun milli təhlükəsizlik üzrə əsas müşavirlərinin qərarı olub-olmadığı hələki bilinmir.

Mənbələr habelə Ukrayna ordusunun bu sistemdən hansı silahlarda istifadə edə biləcəyini deməyiblər.

Məsələ burasındadır ki, Ukraynanın cəbbəxanasındakı silahların böyük bir hissəsi sovet istehsalıdır.

Ukraynaya Patriot veriləcəkmi?

Bundan əvvəl ABŞ Ukraynaya müasir silahlar, o cümlədən HARM – yüksək sürətli antiradar raketləri və yüksək dəqiqliyə malik HIMARS raket sistemləri verib.

ABŞ oktyabrın axırlarında Ukraynaya NASAMS – ən müasir ortamənzilli hava hücumundan müdafiə sistemlərinin ilk iki batareyasını çatdırıb.

Dekabrın 13-də ABŞ-ın CNN telekanalı və Reuters agentliyi yüksək vəzifəli rəsmilərə istinadla bildirmişdilər ki, Co Baydenin administrasiyası Ukraynaya Patriot zenit-raket sistemləri verməyə hazırlaşır.

Hava hücumundan müdafiə raketləri sistemi olan Patriot səsdən sürətli uçan raketlər atır, eyni zamanda 125-dək hədəfi izləyə, raketləri onların 6-sına tuşlaya bilir.

ABŞ və Avropa İttifaqı oktyabrın 10-dan Rusiya Ukraynanı şiddətli raket və dron zərbələrinə məruz qoyandan sonra Kiyevin hava hücumundan müdafiə silahları ilə təchizatını sürətləndiriblər.

24 saat” “
ABŞ Ukraynaya ‘ağıllı bomba’ avadanlığı verə bilər
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button