Bizim tərcüməDünya

“ABŞ Ukraynaya F-16-lar verəcəkmi?” Baydendən cavab

ABŞ prezidenti Co Baydenin Merilend səfərindən sonra Vaşinqtona qayıdan Bayden Ağ Evdə jurnalistə “ABŞ Ukraynaya F-16-lar verəcəkmi?” sualına isə “Xeyr” cavabını verib.

Bayden Rusiya-Ukrayna müharibəsinin ildönümündə Avropaya səfər edib-etməyəcəyi ilə bağlı suala da “Əmin deyiləm” kimi cavab verib.

Digər tərəfdən Bayden Polşaya səfər edəcəyini və səfərin nə vaxt olacağını hələ bilmədiklərini bildirib.

Bayden çərşənbə günü Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə görüşündə büdcə limiti məsələsini müzakirə edəcəklərini bildirib.

ABŞ prezidenti Baydenin Rusiya-Ukrayna müharibəsinin ildönümü olan fevralın 24-də Ukraynaya səfər edəcəyi ilə bağlı iddialar gündəmə gəlib. Ağ Evin sözçüsü Karine Jean-Pierre, Baydenin müharibənin ildönümü üçün hələ bir səyahət planının olmadığı məlumatını paylaşdı.

Mənbə: AA

Tərcümə“24 SAAT”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button