Now Reading:
ABŞ Ukraynaya müdafiə silahları verməyi qərara alıb

ABŞ Ukraynaya müdafiə silahları verməyi qərara alıb

ABŞ Ukraynaya müdafiə təyinatlı silahların verilməsinə dair qərar qəbul edib.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert bəyan edib.

 

“Əvvəllər də bildirdiyimiz kimi , yardım sırf müdafiə xarakteri daşıyır. Biz daim bəyan etmişik ki, Ukrayna suveren dövlət kimi özünü müdafiə etmək hüququna malikdir”, deyə ABŞ rəsmisi qeyd edib. H.Nauert əlavə təfərrüatları açıqlamayıb.

 

Məlumatda həmçinin bildirilib ki, ABŞ Ukraynanın şərqində münaqişənin həlli üçün Minsk sazişlərinə sadiqdir.

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.