2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ABŞ və Fransa ATƏT-in Minsk Qrupunun fəallaşması və Ukraynaya dəstək addımlarını müzakirə ediblər

Vaşinqton/10.02.22 ABŞ-ın dövlət katibi Entoni Blinken və Fransanın xarici işlər naziri Jan-İv Le Drian cümə axşamı “ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistana və Azərbaycana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ondan irəli gələn bütün həll edilməmiş məsələlərin həllində yardım səylərinin səngimədiyini” bildiriblər, bu barədə Dövlət Departamentinin məlumatında deyilir.

Onlar həmçinin NATO üzrə müttəfiqlərin, Aİ üzrə tərəfdaşların, G7 üzvlərinin və digər tərəfdaşların Rusiyanın Ukrayna sərhədləri yaxınlığında hərbi gücünü artırmaqda davam etməsinə qarşı mübarizə üzrə birgə səylərini müzakirə ediblər.

“Onlar Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyi davam etdirməyin, habelə Rusiyanın Ukraynanı işğal etməyə davam etdiyi təqdirdə bunun ona baha başa gələcəyini anlamasını təmin etməyin vacibliyini qeyd ediblər”, deyə bəyanatda bildirilir. -0-

Saytların yığılması Saytlarin yigilmasi

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button