Siyasət

ABŞ və Rusiyanın Baş Qərargah rəisləri Bakıya gəlir – VİDEO

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov sabah Bakıda görüşəcəklər.

APA-nın xəbərinə görə, görüşdə Rusiya və ABŞ arasında hərbi sahədə münasibətlərin hazırkı səviyyəsi müzakirə olunacaq.

Qeyd olunur ki, görüş zamanı müxtəlif spektrli məsələlər nəzərdən keçiriləcək. Tərəflər potensial böhranların və yanlışlıqların qarşısının alınması üçün hərbçilər arasında daimi və aydın ünsiyyətin vacibliyini müzakirə edəcəklər.

Xatırladaq ki, RusiyaABŞ hərbçiləri arasında Suriya hava məkanında insidentlərin qarşısının alınması üzrə birbaşa xətt var. Tərəflər bu mexanizmin effektiv işlədiyini bildirirlər.

Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close