2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ və Çinin ən böyük hava yolları şirkətləri arasında sövdələşmə

Dünyanın ən nəhəng sərnişindaşıma şirkəti olan “American Airlines” “China Southern Airlines” hava yolları şirkətinin səhmlərinin bir hissəsini əldə etmək niyyətindədir. Bu sövdələşmə hər iki şirkətə dünyanın ən böyük iki bazarına daha geniş çıxış verəcək.

Sövdələşməyə əsasən “American Airlines” 200 milyon dollar ödəyərək, Çin hava yolları şirkətinin 2.68 faiz səhmlərini əldə edəcək. Alınacaq səhmlər payının kiçik olmasına baxmayaraq, sövdələşmə hər iki şirkət üçün strateji əməkdaşlıq imkanları açır.

Saytların yığılması Saytlarin yigilmasi

İki il öncə buna bənzər başqa bir söhvdələşmə olmuşdu. O zaman “Delta” şirkəti 450 milyon dollar ödəməklə “China Eastern Airlines” şirkətinin səhmlərinin 3.55 faizini əldə etmişdi. Birinci halda olduğu kimi, yeni sövdələşmənin baş tutması üçün hər iki ölkənin təmzimləyici idarələri razılıq verməlidir.

Şirkətlər arasında əldə edilən razılaşmaya əsasən, uçuş xətləri üzrə əməkdaşlıq bu ilin sonundan etibarən başlayacaq. Bu əməkdaşlıq ABŞ şirkətinə Çində 70-dən çox istiqamətdə, Çin şirkəti üçün isə Şimali və Cənubi Amerikada 80-dən artıq istiqamətdə uçuş imkanları yaradacaq.

Əhalisinə görə dünyanın ən böyük ölkəsi olan Çində orta sinif sürətlə artır. Bu isə “American Airlines” şirkətinə qarşıdan gələn illərdə gəlirlərini kəskin artırmaq imkanı verəcək.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button