2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

ABŞ və müttəfiqləri Şərqi Avropaya qoşun göndərməyi planlaşdırırlar

NATO bildirib ki, Danimarka, İspaniya, Fransa və Niderland Şərqi Avropaya qoşun, təyyarələr və gəmilər göndərilməsini planlaşdırdıqlarını və ya nəzərdən keçirdiklərini bəyan ediblər

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ 8500 nəfərlik əsgəri qüvvəni Avropaya göndərmək üçün “həyacan vəziyyətinə” gətirib.

Bundan az əvvəl xəbər verilmişdi ki, Rusiyanın Ukrayna yaxınlığında qoşun cəmləşdirməsinə cavab olaraq NATO müttəfiqləri alyansın Şərqi Avropadakı cinahını hazırlıq vəziyyətinə gətirirlər və buradakı mövqelərini möhkəmlətməkdə davam edirlər.

Moskva bu fəaliyyətləri təxribat adlandırır.

NATO yanvarın 24-də bildirib ki, Danimarka, İspaniya, Fransa və Niderland Şərqi Avropaya qoşun, təyyarələr və gəmilər göndərilməsini planlaşdırdıqlarını və ya nəzərdən keçirdiklərini bəyan ediblər.

Kəşfiyyat məlumatlarına görə Rusiya hazırda Ukrayna ilə sərhəd bölgələrində 100 mindən artıq əsgəri qüvvə cəmləşdirib və bu, Ukrayna üzərinə hücumun hər an ola biləcəyindən narahatlıq yaradır.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib:

“NATO öz müttəfiqlərini qorumaq və müdafiə etmək məqsədilə alyansın şərq cinahının gücləndirilməsi də daxil bütün zəruri addımları atmağa hazırdır”.

Bu da bildirilir ki, ABŞ prezidenti Co Bayden Baltik ölkələrində və Şərqi Avropadakı ABŞ hərbi obyektlərini gücləndirmək üçün variantları ölkənin milli təhlükəsizlik rəsmiləri ilə müzakirə edir.

The New York Times qəzeti prezidentə təlklif olunmuş variantlar barədə yazıb. Bu variantlardan birinin də Şərqi Avropa ölkələrinə 1000-5000 arası qoşun göndərilməsinin olduğu xəbər verilir.

Rəsmilər hətta bu rəqəmin də artırılacağını istisna etmirlər.

NATO-nun bəyanatında deyilir ki, Birləşmiş Ştatlar alyansın şərq cinahındakı qüvvələrini artıracağını elan edib.

Aİ Rusiya ilə münaqişənin nəticələrini aradan qaldırmaq üçün Ukraynaya 1.2 milyard avro (1.36 milyard dollar) həcmində maliyyə paketi elan edib.

Aİ Komissiyası “1.2 milyard avroluq yeni fövqəladə makro-maliyyə yardımı paketi irəli sürür. Bu paket Ukraynaya münaqişədən dolayı artan maliyyə ehtiyaclarını yoluna qoymağa kömək edəcək”, – komissiyasının rəhbəri Ursula von der Leyen deyib. Paket həm fövqəladə kreditlər, həm də qrantlardan ibarət olacaq.

NATO Şərqi Avropaya qüvvələr göndərir

Bu arada NATO da qüvvələrini hazır vəziyyətə gətirdiyini, şərqi Avropaya əlavə gəmilər və qırıcı təyyarələr göndərdiyini bəyan edib.

“NATO bütün müttəfiqlərinin qorunması və müdafiəsi üçün gərəkən addımları atacaq, eyni zamanda Alyansın şərq hissəsini gücləndirəcək. Təhlükəsizlik mühitimizin istənilən formada pisləşməsinə həmişə cavab verəcəyik”, – alyansın Baş katibi Yens Stoltenberq yanvarın 24-də bəyanatında deyib.

Kremlin sözçüsü Dmitri Peskov isə yanvarın 24-də bəyan edib ki, Birləşmiş Ştatlar və NATO “informasiya isteriyası” və “konkret addımlar”la gərginliyi artırır. O, Ukrayna əsgərlərinin rusiyapərəst separatçılara qarşı hücum riskinin “çox yüksək” olduğunu deyib.

İrlandiyanın Xarici işlər naziri Simon Koveney isə yanvarın 24-də bildirib ki, Rusiya Diblinə İrland dənizindəki beynəlxalq sularda donanma təlimləri keçirəcəyi haqda bildiriş göndərib. Nazir bu addımı alqışlanmadığını deyib.

“Bunun qarşısını almaq gücümüz yoxdur, amma Rusiyanın İrlandiyadakı səfirinə bunun alqışlanası hərəkət olmadığını demişəm. Hərbi fəaliyyəti və gərginliyi artırmaq zamanı deyil”, – Koveney söyləyib.

***

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button