2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

ABŞ və NATO Ukraynaya dəstəyini bir daha təsdiq edib

ABŞ dövlət katibi Rex Tillerson NATO ölkələrinin xarici işlər nazirlərinə deyib ki, Birləşmiş Ştatlar Ukraynanaın ərazi bütövlüyünü dəstəkləyir və Rusiyaya qarşı sanksiyalar “Moskva bu sanksiyalara səbəb olmuş hərəkətlərini dəyişənədək” qüvvədə qalacaq.

AzadlıqRadiosu yazır ki, NATO xarici işlər nazirlərinin bu görüşü ABŞ-ın alyansa sadiqliyinin şübhə altına alındığı bir vaxtda keçirilirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əvvəl Donald Trump Moskva ilə yaxşı münasibətlərə çalışacağını bəyan etmiş, NATO-nu isə “köhnəlmiş” təşkilat adlandırmışdı.

Tillerson bu görüşdə deyib ki, alyansın hər hansı bir üzvünə qarşı hədə, bütün üzvlərə hədə deməkdir.

Dövlət katibi bildirib ki, ABŞ müttəfiqlərin müdafiəsinə dair öhdəliklərinə sadiq qalır.

Moskva hərəkətlərini dəyişənədək

Tillerson Ukrayna barədə də birmənalı danışıb.

O deyib ki, “biz Rusiyanın Ukraynanın sərhədlərinin dəyişdirlməsinə yönəlmiş hərəkətlərini qəbul etmirik və etməyəcəyik”.

Tillerson habelə deyib ki, Rusiyaya qarşı sanksiyalar “Moskva bu sanksiyalara səbəb olmuş hərəkətlərini dəyişənədək” qüvvədə qalacaq.

Qərb dövlətləri Moskvaya qarşı sanksiyaları Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən və bu ölkənin şərqində separatçı münaqişə törətdikdən sonra qoyublar.

Rusiya bildirir ki, Krımın status məsələsini müzakirə mövzusu hesab etmir. Moskva habelə Ukrayna separatçılarına hərbi texnikla və canlı qüvvə ilə dəstək verdiyini də danır.

Rex Tillerson xarici işlər nazirlərinin görüşündə bunu da bildirib ki, “Vaşinqton Moskvanın Ukrayna münaqişəsinə dair Minsk razılaşması üzrə öhdəliklərinə əməl etməsini tələb edir”.

ABŞ dövlət katibi deyib ki, Rusiya separatçıların zoralkılıqlarına son qoymalıdır.

Qaya kimi möhkəm

Brüsseldə keçirilmiş danışqılardan əvvəl NATO-nun baş katibi Jens Stoltenberg ABŞ və Avropa müttəfiqləri arasındakı bağları “qaya kimi möhkəm” adlandırmışdı.

Stoltenberg bunu da bildirib ki, alyansın Rusiyaya münasibəti həmrəy və dəyişməzdir: müdafiə və çəkindirmə, həmçinin dialoq.

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin də bu görüşün çərçivəsində keçirilən NATO-Ukrayna sessiyasına qoşulub.

Stoltenberg Ukrayna nazirinin bu tədbirdə iştirakını NATO-nun bu ölkəyə dəstəyinin göstəricisi adlandırıb.

Martın 30-da Rusiya-NATO sessiyasından sonra isə Stoltenberg bildirmişdi ki, alyans Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə davam edir.

NATO-nun baş katibi deyib ki, müttəfiqlər Rusiyanın Krımı qanunsuz ilhaqını qəbul etmirlər və etməyəcəklər.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button