2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

ABŞ və Polşa vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırıb

Yayımlandı: 28 Sentyabr 2022 17:54

Hər iki ölkə bunu Putinin səfərbərlik fərmanı ilə əlaqələndirib

ABŞ-ın Moskvadakı səfirliyi Amerika vətəndaşlarını Rusiyanı dərhal ölkəni tərk etməyə çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatı RBC yayıb.

“ABŞ vətəndaşları Rusiyaya səyahət etməkdən çəkinməlidirlər. Hazırda Rusiyada yaşayan və ya şəxsi səyahət etmək üçün məhdud imkanlar qaldığı halda dərhal ölkəni tərk etməlidirlər”, – deyə açıqlamada deyilir.

Bildirilir ki, amerikalı diplomatlar Rusiyada qismən səfərbərliklə bağlı vəziyyətdən narahatdırlar və ikili vətəndaşlığı olan şəxslərin də bu vəziyyətə düşə biləcəyini etiraf edirlər.

ABŞ-nın Moskvadakı səfirliyi. Foto: Nikitriy/shutterstock

Polşa Xarici İşlər Nazirliyi də öz vətəndaşlarına Rusiya ərazisini tərk etməyi tövsiyə edib.

“Rusiyanın ərazisində olan Polşa vətəndaşlarına kommersiya və şəxsi vasitələrlə onun ərazisini tərk etmələri tövsiyə olunur”, – səfirlik belə qeyd edib.

Həmçinin Polşa Xarici İşlər Nazirliyi Ukraynada baş verənlər və Rusiya hakimiyyəti tərəfindən Polşanın dost olmayan dövlət kimi tanınması ilə əlaqədar vətəndaşlarını Rusiyaya səfər etməkdən imtina etməyə çağırıb.

Açıqlamada Polşanın Rusiyadakı diplomatlarının və konsulluq işçilərinin sayının azalması ilə əlaqədar birbaşa konsulluq yardımı göstərmək imkanlarının son dərəcə məhdudlaşması da qeyd olunub.

Polşanın Moskvadakı səfirliyi. Mənbə: Wikipediya

Eyni zamanda, Polşa vətəndaşlarına xəbərdarlıq edilir ki, təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya ağır durumda evakuasiya xeyli çətinləşə, hətta qeyri-mümkün ola bilər.

Bundan əvvəl Bolqarıstan Xarici İşlər Nazirliyi vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırıb və bu ölkədə olanlara daha çox sayıq olmağı tövsiyə edib.

Avqust ayında ABŞ-ın Ukraynadakı səfirliyi öz vətəndaşlarını raket hücumları təhlükəsi fonunda Ukraynanı tərk etməyə çağırmışdı.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button