2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“ABŞ və Türkiyə orduları qarşı-qarşıya gəlsə, barıta kibrit çaxmış olacaqlar”

Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan səfərindən dönərkən, təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Prezident türk ordusunun Menbiçə hərbi əməliyyat hazırlığı içində olduğunu söyləyib. Əl-Bab qəsəbəsinin azad olunmasından sonra istiqamətin Menbiç olduğunu deyən Ərdoğan, o ərazini PYD terrorçularından təmizləyəcəklərini bildirib.

Lakin problem ondadır ki, Menbiç şəhərinə nəzarət hazırda ABŞ-ın dəstək verdiyi, terrorçu təşkilat olaraq bilinən PYD-nin əlindədir. Və amerikalı əsgərlər həmin şəhərdə PYD-li terrorçulara döyüş təlimləri keçirlər. Belə olan zaman sual yaranır: Əgər türk ordusu ərazidə əməliyyat başlatsa, Amerika əsgərləri ilə qarşılaşma ehtimalı varmı?

Saytların yığılması Saytlarin yigilmasi

Əgər belə bir hadisə baş verərsə, region və dünya üçün hansı nəticələri ola bilər?

Strateq.az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a türkiyəli politoloq Yılmaz Altunsoy açıqlama verib:

“ABŞ özünün ənənəvi müttəfiqi olan Türkiyəni terrorçulara dəyişməz. Türk ordusu ilə Amerika ordusunun Menbiçdə üz-üzə gəlməyəcəyini, nəticədə ağılın üstün gələcəyini düşünürəm. Amerikanın terrorçu PYD-ni əzəli müttəfiqi Türkiyədən üstün tutacağını zənn etmirəm”.

Bununla belə, Altunsoy bildirib ki, türk ordusunun başlatdığı “Fərat Qalxanı” əməliyyatı Türkiyənin təhlükəsizliyi, hüzuru və istiqlalı üçün son dərəcə önəmlidir:

“Bu səbəbdən, nəticəsi nə olur-olsun, hərbi əməliyyata davam ediləcək. Əks halda Türkiyənin bu coğrafiyada varlığı təhlükə altına girəcək. Mən Donald Tramp rəhbərliyindəki Amerikanın Türkiyə ilə birbaşa savaşa girəcəyini fikirləşmirəm. Belə bir şey olsa, Allah qorusun, 3-cü dünya müharibəsinin barıtına kibrit çaxılmış olacaq”.

Rusiya ilə Türkiyənin birgə səyi ilə Suriyada imzalanan atəşkəsin istənilən nəticəni verməməsini isə həmsöhbətimiz belə şərh edib:

“15 iyul hərbi çevriliş cəhdindən sonra Türkiyənin Rusiya ilə yaxınlaşması və bu yaxınlıq sayəsində Suriyada atəşkəs elan olunması Qərbi çox narahat etdi. Əgər fikir verirsinizsə, Astanadakı “Suriya konfransı”ndan dərhal sonra, Almaniya və Britaniyanın baş nazirləri Ankaraya gəldilər. ABŞ-ın yeni prezidenti Donald Tramp ilk ölkə xarici səfərlərindən birini Türkiyəyə gerçəkləşdirəcək.

Qərb bloku heç bir halda Türkiyənin Rusiyaya tərəf meyllənməsinə, beynəlxalq güc tarazlığında özlərinin geridə qalmasına imkan vermək istəmir. Mövcud vəziyyət səbəbindən Türkiyə balanslı siyasət aparır. Həm Amerika, həm də Rusiya ilə eyni məsafə saxlamaqda qərarlıdır. Moskva isə Ankaranın tam olaraq onun yanında yer almasını, NATO-dan çıxmasını, Qərbdən uzaqlaşmasını, mədəniyyətlərarası savaşda Rusiya ilə birgə hərəkət etməsini istəyir”.

Müsahibizin fikrincə, Türkiyə Rusiya ilə taktiki əməkdaşlığı davam etdirməlidir:

“Strateji olaraq biz Rusiyaya tam arxa çevirə bilmərik. Son iki yüz illik tariximizə baxdığımız zaman görürük ki, bu dövlətlə ancaq savaşmışıq. Artıq hər iki tərəf də bunun təkrarlanmasını istəmir.

Hazırda Suriyada “canavarlar süfrəsidir” və orada balans savaşı gedir. Türkiyə isə tərəzinin tam ortasında durur. Hər kəs Türkiyəni qazanmağa çalışır. Qazana bilməyəcəyini anlayan da bir şəkildə ölkəmizə qarşı cəbhə alacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button