2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

“ABŞ və üç əsas müttəfiqi İranın öhdəsindən gələ bilər” –”Fox News”dan təhrik mesajı

Conatan Eydelman (Denver Universitetində Cosef Korbel Beynəlxalq Araşdırmalar Məktəbinin professoru, Rusiyaya dair bir neçə kitabın müəllifi və sabiq dövlət katibi Kondoliza Raysın doktorluq dissertasiyasının məsləhətçisi), “Fox News”

 

Barak Obamanın səkkiz illik prezidentliyi dönəmində ABŞ, Yaxın Şərqdə hakim gücü və qüdrəti yüksələn İranı sanki müalicə edirdi. Amma İran dünyanın birinci və hətta ikinci gücü deyil.

Saytların yığılması Saytlarin yigilmasi

İran Üçüncü dünya ölkəsi, ABŞ və ya Birinci dünyada enerjisi yüksələn İsraildən daha zəifdir.

Rəqəmlərə diqqət edin: Amerikanın ÜDM-i (ümumi daxili məhsul) 18 trilyon $-dan artıqdır, yəni İranın ÜDM-dən (450 milyard $) 40 dəfə çoxdur. Amerika adambaşına düşən ÜDM 53 min $, İranın 4800 $ (təxminən 10 dəfə az) təşkil edir.

Hərbi sahədə heç bir müqayisə yoxdur. İran hərbə 6 milyard $, ABŞ ildə 600 milyard $ sərf edir. Amerikanın 1500-dən çox strateji nüvə silahı var. İranın – “sıfır”. ABŞ-ın hərbi gücü ən üstün sayılır, İran hətta top-20-də deyil.

İran heç birinə malik olmadığı halda, ABŞ-ın 10 super təyyarədaşıyıcısı, 72 esminesi və sualtı gəmisi, 14 min təyyarəsi var. İranın cəmi 480 təyyarəsi, 3 sualtı gəmisi.

İranın hərbi dəniz və hərbi hava qüvvələrinin qabiliyyəti məhdud və zəifdir. 1980-ci illərdə İraqla səkkiz illik müharibədə İran Səddam Hüseyni hərbi cəhətdən məğlub edə bilmədi.

Birləşmiş Ştatlar üç regional gücə – İsrail, Misir və Səudiyyə Ərəbistanının köməyinə arxalana bilər. İsrail hərbi gücünə görə son anketdə 8-ci yerdə durur, (“F-35” daxil olmaqla) 700 müasir döyüş təyyarəsi, Almaniya istehsalı olan 5 “Delphin” sualtı gəmisi, 4200 tankı və 100-200 atom bombası var. O, “Mossad” və “Shin Bet” kimi dünyanın ilk 5 aparıcı kəşfiyyat xidmətlərindən ikisinə sahibdir. “Bloomberg”ə görə, İsrailin raket əleyhinə sistemləri (“Dəmir Qübbə” – “Iron Dome” və “Davud`s Sling”, “Arrow 2 və 3”) dünyada 2 dərəcəlidir. 1948-ci ildən 11 müharibədə iştirak edərək İsrailin ən təcrübəli ordusu var.

Misirin hərbi gücü – 470 min əsgəri, 4600 tank və 1100 təyyarədir; Səudiyyə Ərəbistanı… İran atom bombası layihəsini inkişaf etdirərsə, o da nüvə dövləti olacağını elan edib.

İran döyüş sahəsində vacib olan güclü ali məktəblər sarıdan geridə qalır. ABŞ-da dünyanın 20 ən yaxşı universitetlərindən (“Cal Tech”, “MIT”, Harvard, Yel, Kolumbiya və Çikago universitetləri də daxil olmaqla) 15-i var. Digər tərəfdən, İranda dünyanın ilk 100 və hətta top-800-də olan bircə ali məktəbi yoxdur. Bu ölkənin dörd ən yaxşı universiteti İran Universiteti (# 895), Tibb Universiteti (# 2,273 ), # 3.363 və # 5.142 yerləri tutan başqa ali məktəblərində təhsil səviyyəsinin geriliyi Afrika ölkələri ilə yanaşı durur, 112-ci dərəcəsi ilə dəyərləndirilir.

Amerika Birləşmiş Ştatları “Silikon dərəsi”ndə dünya lideri olduğu halda, qlobal innovasiyalar sarıdan İran 143 ölkə arasında 120-ci yeri tutur. İran tədqiqat və layihə işlənməsində 58-ci yerdədir. Biznes rahatlığına görə 137-ci yerdə və sahibkarlıqda 67-ci pillədə qərarlaşıb. Yetkin əhalinin tam 20%-i savadsızdır. Min xəstəyə düşən bir həkim ilə dünyada 138-ci yeri tutur və dünyada öz milli səhiyyə sisteminin səviyyəsinə görə 93-cü pillədədir. Qadın hüquqları sahəsində 109 ölkə arasında 103-cü nəticəsi var.

Nəhayət, İranın daxili problemlər var. Kütləvi korrupsiya, açıq avtoritarizm, güclü müxalifət qrupu (“Yaşıl hərəkat”), genişmiqyaslı miqrasiya (4-5 milyon iranlı) və dünyadan təcridə etiraz edən gənc nəsilin gələcəyi parlaq görünmür.

Bütün bunları nəzərə alaraq, İranın qorxulu nüvə silahı əldə etməsi hələ də realdır. Lakin daha real olan dünyanın ən böyük gücünün, üstəgəl üç əhəmiyyətli regional gücün bunu beyninə yeridəcəkləri halda, İranın öhdəsindən gələ bilməsi anlayışdır.

Yeni Amerika administrasiyasının iqtidarda olduğu günlərdə bunun baş verəcəyini yalnız zaman göstərəcək.

Tərcümə: Strateq.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button