2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ vətəndaş hüquqlarına hörmət edən Azərbaycanı dəstəkləyəcək

ABŞ dövlət katibi Reks Tillerson Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib.

Dövlət Departamentinin açıqladığı bəyanatda deyilir:

Saytların yığılması Saytlarin yigilmasi

“Amerika xalqı adından Azərbaycan xalqına Respublika Günü münasibətilə səmimi təbriklərimi çatdırıram.

Birləşmiş Ştatlar və Azərbaycan illər boyu enerji və təhlükəsizlik, eləcə də dialoq və demokratik prinsiplər əsasında qurulmuş güclü tərəfdaşlıq münasibətlərinə malikdir. Ramazan ayının başladığı bir vaxt mən həm də Azərbaycanı onun zəngin tarixi, 99 il bundan əvvəl müsəlman əksəriyyətin ilk parlamentar respublikasını qurması münasibətilə təbrik edirəm. O vaxt da, indiki kimi sizin xəyalınız var idi və siz onu gerçəkləşdirmək üçün işləmisiniz. Birləşmiş Ştatlar öz vətəndaşlarının fundamental azadlıqlarına hörmət edən daha təhlükəsiz və firavan ölkə qurulması səylərini təşviq edir. Biz eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli işinə sadiq qalırıq.

Birləşmiş Ştatlar qarşıdan gələn illərdə münasibətlərimizin bütün sahələrində Azərbaycanla daha böyük əməkdaşlıq aparmağa ümid edir.”

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button